• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi araşdırılacaq

 22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi  araşdırılacaq
09.09.2024 16:56
22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılacaq. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. 

"Əgər hansısa mübahisəli məqam varsa, heç nədən çəkinmədən MSK buna aydınlıq gətirib qərar verəcək. Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq. 22, 31 və 78 saylı Seçki dairələrindən daxil olan şikayətlər ciddi şəkildə araşdırılacaq", -  sədr əlavə edib.
 
22 nömrəli seçki dairəsindən Asim Mollazadə, 31 nömrəlidən Qaya Məmmədov, 78 saylı dairədən isə Vüqar Bayramovun qələbə çaldığı bildirilib.  
 
MSK sədrinin müavini Rövzət Qasımovun sözlərinə görə isə, sosial şəbəkələrdə son parlament seçkiləri ilə bağlı baş verən hadisələri  əks etdirən  25 seçki dairəsinin 49 məntəqəsində çəkilən 508 görüntü yayımlanıb.  

MSK sədri Məzahir Pənahov həmin görüntülərin izlənməsi  üçün bir gün tələb olunduğunu deyib.
 
"Sentyabrın 11-i keçiriləcək iclasda bəzi görüntüləri müzakirə edə biləcəyik", - Pənahov bildirib. 

Onun sözlərinə görə,  MSK-ya bütün məntəqələr üzrə daxil olan videolar ayrı-ayrılıqda ekspert qrupu üzvlərinə təqdim ediləcək.

Məntəqələrdən görüntüləri araşdırmaq MSK üzvləri Hüseyn Paşayev, Qabil Orucov, Fuad Cavadov və Baxşeyiş Əsgərova həvalə olunub.
 
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol