Ərdoğan Bayraq Günü münasibətilə Azərbaycanı təbrik edib
09.11.2024 15:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.O, bununla bağlı "X” hesabında paylaşım edib.
"Dostumuz, qardaşımız, tale ortağımız Can Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”, - paylaşımda qeyd olunub.