• $ 1.7
  • € 1.98
  • ₽ 0.02318
  • ₺ 0.0373
  • £ 2.2716

COP29-un birinci plenar iclası başa çatıb

COP29-un birinci plenar iclası başa çatıb
11.11.2024 22:37
COP29-un birinci plenar iclasında Tərəflər Konfransının fərdi sessiyaları və iclaslarının gündəliyi qəbul edilib.

"Report" xəbər verir ki, iclasa COP29-un prezidenti Muxtar Babayev sədrlik edib.

M.Babayev müxtəlif sessiya və iclasların gündəliyini təsdiqlədikdən sonra bildirib ki, sabah Azərbaycan Prezidenti 100-ə yaxın dövlət və hökumət başçılarını salamlayacaq, bundan sonra onlar Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində milli bəyanatlarla çıxış edəcəklər. Bu sammitin ikinci hissəsi noyabrın 18-19-da baş tutacaq.
Onun sözlərinə görə, Braziliyadan sonra COP31-ə sədrlik Qərbi Avropa ölkələri qrupu, COP32-yə isə Afrika Ölkələri Qrupuna keçəcək. COP29 prezidenti bu ölkələri 2026 və 2027-ci illərdə iqlim konfranslarına ev sahibliyi ilə bağlı danışıqları aktivləşdirməyə çağırıb.

Sessiyada həmçinin İtki və Zərər Cavab Fondunun hesabatı dinlənilib. Fondun nümayəndəsi indiyədək görülən işləri açıqlayıb və fondun İdarə Heyətinin Filippində yerləşəcəyini bildirib.

Bundan sonra CMP19 (Kyoto Protokolunun Tərəflərinin görüşü), daha sonra CMA6 (Paris Sazişi Tərəflərinin görüşü) sessiyaları üzrə qərarlar qəbul edilib

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Konstitusiya Günü münasibətilə Norveçi təbrik edib
Siyasət 22:03
Azərbaycan Konstitusiya Günü münasibətilə Norveçi təbrik edib
Mirziyoyev Bakıya gəlib
Siyasət 20:49
Mirziyoyev Bakıya gəlib
Sadır Japarov Azərbaycana səfərə gəlib
Siyasət 19:30
Sadır Japarov Azərbaycana səfərə gəlib
Prezident İlham Əliyev bolqarıstanlı həmkarı ilə görüşüb
Siyasət 19:08
Prezident İlham Əliyev bolqarıstanlı həmkarı ilə görüşüb
İlham Əliyev Vuçiçlə görüşüb
Siyasət 17:15
İlham Əliyev Vuçiçlə görüşüb
D-8-in Baş katibi Azərbaycanda
Siyasət 16:47
D-8-in Baş katibi Azərbaycanda
Bolqarıstan Prezidenti Azərbaycanda
Siyasət 16:05
Bolqarıstan Prezidenti Azərbaycanda
Slovakiya Baş nazirinin müavini Azərbaycana gəlib
Siyasət 14:15
Slovakiya Baş nazirinin müavini Azərbaycana gəlib
Prezident Deryageldi Orazovu qəbul edib
Siyasət 14:01
Prezident Deryageldi Orazovu qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol