Növbəti erməni terrorundan 22 il ötür
Erməni silahlılarının Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 22 il ötür. ANS PRESS-in məlumatına görə, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan 27137 saylı "Mİ-8" mülki vertolyotu ermənilər tərəfindən Xankəndi istiqamətindən qumbaraatanla vurulub.Terror hadisəsi Şuşanın Xəlfəli kəndinin yaxınlığında baş verib. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü olmaqla, 44 nəfər dünyasını dəyişib. Bundan əvvəl isə 20 noyabr 1991-ci ildə ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər vəfat edib.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Siyasət 22:25 Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək
Siyasət 21:27 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:01 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 14:18 Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Siyasət 14:02 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub
Siyasət 13:31 Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verib
Siyasət 12:00 İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Siyasət 11:13 İlham Əliyev Qarabağ Universitetinin Kitabxanası və İnnovasiya Mərkəzinin təməlini qoyub - yenilənib
Siyasət 21:19 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib