• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramov: Azərbaycan regionda “orta güc”ə çevrilib

Bayramov: Azərbaycan regionda “orta güc”ə çevrilib
12.05.2026 11:23

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionda geosiyasi mövqeyini gücləndirərək “orta güc” statusu qazanıb. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 

Deputat parlamentdə çıxışı zamanı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsi ölkənin regional və beynəlxalq mövqeyini möhkəmləndirib.

Onun sözlərinə görə, Azərbaycan MDB məkanında münaqişədən sonra ərazi bütövlüyünü tam təmin edən ilk dövlət olub.

Bayramov bildirib ki, ölkənin valyuta ehtiyatları 88 milyard dolları ötür və bu göstərici üzrə Azərbaycan dünyada yüksək mövqelərdən birini tutur. O əlavə edib ki, xarici borcun ÜDM-də payının 6,5% olması ölkəni ən aşağı borclu dövlətlər sırasına daxil edir.

Deputatın sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulu 76 milyard dollara yaxınlaşaraq ölkəni Cənubi Qafqaz iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevirib.

Deputat həmçinin qeyd edib ki, Azərbaycan son dörd ildə Avropaya 57 milyard kubmetrdən çox qaz ixrac edərək 16 ölkənin enerji təhlükəsizliyinə töhfə verib.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol