• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ və AYİB Gəncədə su təminatı üzrə yeni mərhələyə başlayır - Viktor Bojkov

Aİ və AYİB Gəncədə su təminatı üzrə yeni mərhələyə başlayır - Viktor Bojkov
05.06.2026 18:03

Avropa İttifaqı (Aİ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Gəncənin su və kanalizasiya infrastrukturuna əhəmiyyətli yatırımlar edir. Bunu Avropa İttifaqı (Aİ) Nümayəndəliyində Əməkdaşlıq Bölməsinin rəhbəri Viktor Bojkov Aİ–Azərbaycan tərəfdaşlığının 30 illiyi və Gəncədə həyata keçirilən layihələrə dair keçirilən media brifinqində deyib.

Onun sözlərinə görə, Gəncədə həyata keçiriləcək ən mühüm layihələrdən biri “Gəncədə Su Təchizatı və Kanalizasiya Suları Layihəsi”dir.

Bojkov bildirib ki, layihənin birinci mərhələsinin ümumi dəyəri 40 milyon avro təşkil edir.
“Layihə Avropa İttifaqının Qonşuluq İnvestisiya Platformasının qrantı və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) krediti hesabına maliyyələşdirilir. Kredit Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üçün ayrılıb”, – o qeyd edib.

Aİ rəsmisinin sözlərinə görə, layihə çərçivəsində Gəncənin su təchizatı və kanalizasiya sisteminin geniş şəkildə yenilənməsi nəzərdə tutulur.


Bojkov qeyd edib ki, layihə ətraf mühitə və şəhərin iqtisadi inkişafına da ciddi töhfə verəcək.
Belə ki, layihə nəticəsində ildə 4,5 milyon kubmetr suya qənaət olunacağı, karbon emissiyalarının 72 min 444 ton azalacağı və ildə 29 milyon kubmetr çirkab suyun emal ediləcəyi gözlənilir.
Bundan əlavə, layihənin Gəncə çayının təmizlənmədən axıdılan tullantı sulardan qorunmasına, şəhərin fasiləsiz su təchizatının yaxşılaşdırılmasına və əhalinin tam şəkildə xidmətlə əhatə olunmasına imkan yaradacağı bildirilib.

Aytac

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol