• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirimiz erməniləri qəzəbləndirdi

Səfirimiz erməniləri qəzəbləndirdi
10.05.2015 16:00
Argentinanın "Clarin" qəzetinin beynəlxalq siyasət bölməsinin redaktoru, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə növbəti dəfə qanunsuz səfər etmiş Marselo Kantelminin 25 aprel tarixində həmin qəzetdə "Dağlıq Qarabağa, heç kimin tanımadığı ölkəyə səfər" adlı məqaləsi dərc olunub. 


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo”ya verilən məlumata görə, buna cavab olaraq, Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin "Clarin" qəzetinə ünvanladığı məktubu bəzi hissələr çıxarılaraq qəzetin 8 may tarixli buraxılışında dərc edilib.

Diplomat məktubunda bildirib ki, "Clarin" qəzetində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, siyasi, hüquqi aspektləri barədə, eləcə də Azərbaycan hökumətinin icazəsi olmadan Azərbaycanın işğal olunmuş ərazilərinə səfərin qeyri-qanuni olması barədə dəfələrlə yazılarının dərc olunmasına baxmayaraq, Kantelmi həmin ərazilərə növbəti dəfə qanunsuz səfər edərək, Azərbaycan qanunlarını və beynəlxalq hüququ pozub.

Diplomatın sözlərinə görə, Marselo Kantelminin öz məqaləsində Ermənistanın müharibədə geniş şəkildə iştirakı, bölgədə bu gün azərbaycanlıların qalmaması, Şuşada iki minarəti dağıdılmış məscidin xarabalıqların içində qalması və Dağlıq Qarabağa hər şeyin Ermənistan tərəfindən təmin olunması kimi faktları etiraf etməsi birmənalı şəkildə sübut edir ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüz, azərbaycanlılara qarşı etnik təmizləmə, bu ərazilərdə Azərbaycanın mədəni-tarixi irsinin məhv edilməsi siyasətini həyata keçirib və qondarma "Dağlıq Qarabağ respublikası” Ermənistanın öz təcavüzünü ört-basdır etmək üçün yaratdığı oyuncaq rejimdir.

Diplomat əlavə edib ki, müəllif tərəfindən müharibədən əvvəl bölgədə azərbaycanlılarla ermənilərin sülh içində yaşaması faktının da qeyd edilməsi göstərir ki, ermənilərin məlum iddialar irəli sürmələri üçün heç bir tutarlı əsası olmayıb və Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalı Ermənistanın öz qonşularının ərazisi hesabına "Böyük Ermənistan” xülyasını həyata keçirmək planının tərkib hissəsidir.

XİN-in məlumatında qeyd olunur ki, Azərbaycan səfirinin dərc olunmuş məktubunun sonunda Marselo Kantelminin cavab qeydləri də yer alıb və jurnalist bununla özünün Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni girişi ilə bağlı əməlinə məntiqsiz formada haqq qazandırmağa cəhd göstərib. Buna cavab olaraq Azərbaycan səfiri dərhal "Clarin" qəzetinə növbəti məktub ünvanlayıb və məsələ ilə bağlı səfirlik tərəfindən mətbuata açıqlama verilib.

"Bunun ardınca Argentina erməni icmasının radikal mövqeyi ilə seçilən "Prensa Armenia" mətbuat agentliyi də öz tərəfindən açıqlama dərc edərək M. Kantelminin müdafiəsinə qalxıb, Azərbaycan səfirinin məktublarına cavab olaraq Azərbaycan hökumətinin argentinalı jurnalistləri təqib etdiyini bildirib, bu yaxınlarda Telam, Tiempo Argentino, Pefil kimi Argentina KİV nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərindən sonra Azərbaycanın Argentinadakı səfirliyinin gördüyü müvafiq tədbirlərə qarşı etirazını bildirib", - deyə Azərbaycan XİN-in məlumatında bildirilir.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol