• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan Azərbaycanın dövlət başçısını təbrik etdi

Ərdoğan Azərbaycanın dövlət başçısını təbrik etdi
25.05.2015 16:23
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlət başçısı İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Türkiyə prezidentinin məktubunda deyilir:

"Hörmətli prezident, əziz qardaşım, Qardaş Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Zati-alinizi və əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqını millətim adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Müstəqilliyinin bərpasından sonra tarixi baxımdan ötən qısa müddət ərzində Azərbaycanın parlaq inkişafını və əldə etdiyi nailiyyətləri böyük məmnuniyyət və qürurla izləyirik. Müdrik siyasətiniz sayəsində bu gün Azərbaycan regionda mühüm güc və cazibə mərkəzinə çevrilib.

Ölkələrimiz arasındakı ortaq dəyərlərdən güc alan bənzərsiz əlaqələrimizi "Bir millət, iki dövlət” prinsipi əsasında ən yüksək səviyyəyə çatdırmışıq. Əməkdaşlığımızın həm ikitərəfli, həm də beynəlxalq platformalarda dərinləşdirilməsi ölkələrimizi bütün sahələrdə daha da gücləndirir. Əminəm ki, bu ortaq hədəfə əsaslanmaqla atacağımız müştərək addımlarla ikitərəfli əlaqələrimizi qardaş xalqlarımızın xeyrinə olmaqla daha yüksək səviyyəyə çatdıracağıq.

Əlaqələrimizin xüsusi xarakterinin göstəricisi kimi tez-tez həyata keçirdiyimiz qarşılıqlı səfərlərin və görüşlərin qardaş ölkələrimiz arasındakı münasibətlərin bütün səviyyələrdə inkişaf etməsinə və dərinləşməsinə öz töhfəsini verəcəyi bir həqiqətdir. Bu baxımdan iyun ayında Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı füsunkar ölkənizi bir daha ziyarət edəcəyimdən məmnunluq duyuram. Bu xoş fürsətdən istifadə edib Zati-alinizə, əziz qardaşıma cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı, rifahı naminə ən gözəl arzularımı bir daha dilə gətirirəm”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol