ATƏT PA-nın müşahidə missiyası seçkilərə dəvət edildi

Oqtay Əsədov ATƏT Parlament Assambleyasının prezidentinə məktub göndərib
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) prezidenti Ranko Krivokapiçə məktub göndərib.
Bu barədə APA-ya açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
O. Əsədovun məktubunda ATƏT PA-nın müşahidə missiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün dəvət olunur.
B. Muradova qeyd edib ki, ATƏT PA-nın iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasında bu məsələ açıq elan olunacaq və parlamentarilərdən müşahidəçi olaraq kim iştirak etmək istəyəcəksə, qeydə alınacaq: "Təbii ki, ATƏT PA-nın müşahidə missiyası bizim dəvətimiz əsasında parlament seçkilərində iştirak edəcək”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 13:03
Ceyhun Bayramov: Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklifə müsbət yanaşırıq

Siyasət 12:59
Estoniya Azərbaycanla rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlıqda maraqlıdır

Siyasət 12:55
Marqus Tsaxna: Estoniya Azərbaycan-Ermənistan normallaşma prosesinin regionda yeni perspektivlər açdığını düşünür
Son xəbərlər 
Daha çox 




















