Poçt məmuru ABŞ Konqresini ayağa qaldırdı - VİDEO

12:10 | 16.04.2015
Poçt məmuru ABŞ Konqresini ayağa qaldırdı - VİDEO

Poçt məmuru ABŞ Konqresini ayağa qaldırdı - VİDEO

ABŞ-ın paytaxtı Vaşinqtonda həyəcanlı anlar yaşanıb. Yerli vaxtla 13.30-da tək adamlıq helikopterin ABŞ Konqresinin bağçasına icazəsiz enməsi FTB-nin, konqres polisinin, gizli servisin və yerli polis qurumlarının birgə əməliyyat həyata keçirməsinə səbəb olub. Hazırda kimliyi açıqlanmayan şəxs Konqres binasının qərb bağçasına enərək qadağan olunan zonaya eniş edib.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, hadisə zamanı Konqres binasına giriş və çıxış dayandırılıb, bina əhatəsində təhlükəsizlik tədbirlərinə əl atılıb.

İlkin xəbərlərə görə, helikopteri idarə edəb poçt məmuru olub. Onun hansı səbəbdən Konqres binasının həyətinə enməsi açıqlanmır.
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb