Prandelli açıqlaması ilə hamını heyrətləndirdi

11:26 | 02.10.2014
Prandelli açıqlaması ilə hamını heyrətləndirdi

Prandelli açıqlaması ilə hamını heyrətləndirdi

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən "Arsenal" - "Qalatasaray" matçı ev sahibləri üçün çox uğurlu keçib.

ANN.Az-ın verdiyi xəbərə görə, London təmsilçisi "Qalatasaray"ı 4-1 hesabı ilə udub. Matçdan sonra baş məşqçilər açıqlama veriblər. "Qalatasaray"ın çalışdırıcısı Prandellinin açıqlamaları Türk mətbuatını heyrətləndirib. 

Öz evində "Anderlext"lə bacarmayan, Londonda böyük hesabla məğlub olan İstanbul klubunun baş məşqçisi Super Liqanın onlar üçün daha əhəmiyyətli olduğunu bildirib. Bəlkə də bu, Prandellinin artıq Çempionlar Liqasında xüsusi nəticəyə nail olmayacaqlarına dair özünü-siğortadır. 

İtalyan mütəxəssis "Arsenal" ilə matçı dəyərləndirərkən, qeyd edib ki, matçda orqanizə və aqressiv ola bilməyiblər, rəqibə təkbətəklərə çıxmağa imkan veriblər. Nəticədə komanda məğlub olub. ""Arsenal" kimi komandalara təkbətəklərə çıxmağa imkan versəz, orqanizə və aqressiv oynamasaz, nəticə pis olur. Çoxlu əskiklərimiz var, bunları düzəltməliyik".

Prandelli Türkiyə liqasını nəzərdə tutaraq deyib: "Bizim üçün əsas vacib olan Super Liqadır. Qarşımızda 4 matç var və 100 faizlik nəticə ortaya qoymalıyıq. Bizim üçün daha əhəmiyyətlisi Super Liqadır, Çempionlar liqasında isə gedə biləcəyimiz yerə qədər getmək istəyirik". 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM