Prandelli "Qalatasaray"dan gedir?

19:26 | 03.10.2014
Prandelli "Qalatasaray"dan gedir?

Prandelli "Qalatasaray"dan gedir?

"Qalatasaray"ın baş məşqçisi Çezare Prandelli haqda sensasiyalı iddia yayılıb.

Qol.Az-ın xəbərinə görə, Türkiyənin "Habertürk" qəzeti yazıb ki, italiyalı mütəxəssis oktyabrın 25-də - "Qalatasaray" klubunun prezidenti vəzifəsinə keçiriləcək seçki günü istefa verəcək.

Məlumata görə, “Qalatasaray”ın hazırkı prezidenti Ünal Aysal da vəzifəsində qalmayacaq. Bunu bilən Prandellinin həm bu, həm də komandasının uğursuz çıxışları səbəbindən istefa vermək fikrini qətiləşdirdiyi bildirilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM