Prandelli "Qalatasaray"la rəsmi müqavilə imzalayır

18:00 | 07.07.2014
Prandelli "Qalatasaray"la rəsmi müqavilə imzalayır

Prandelli "Qalatasaray"la rəsmi müqavilə imzalayır

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli sabah "Qalatasaray"la rəsmi müqavilə imzalayacaq.

Qol.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Təcrübəli mütəxəssisin bu axşam Türkiyədə olacağı bildirilib. Ç.Prandelli sabah yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 16:00) isə "Türk Telekom Arena"da iki illik rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki,  Ç.Prandelli İtaliya millisinin DÇ-2014-də uğursuz çıxışından sonra tutduğu vəzifəsindən istefa verib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM