"Qafqazinfo" xəbər verir ki, 32-ci turda səfərdə "Vulverhempton”a uduzan "Şeffild Yunayted” Çempionşipə düşüb.
Sözügedən komanda Premyer Liqada sona 6 tur qalmış 14 xalla sonuncu pillədə qərarlaşıb. Pol Hekinqbottonun çalışdırdığı "Şeffild Yunayted” Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır.
Habelə "Vest Bromviç” (24 xal) ilə "Fulhem” (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində "Norviç Siti”nin Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !