• $ 1.7
  • € 1.7844
  • ₽ 1.8611
  • ₺ 0.047
  • £ 2.1414

Prezident Avropa İttifaqı ilə daha da səmərəli ittifaqdan danışıb

Prezident Avropa İttifaqı ilə daha da səmərəli ittifaqdan danışıb
10.01.2014 00:30
“2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir”“Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalanıb. Bu, bizim Avropa İttifaqı ilə olan münasibətlərimizin təzahürüdür”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan edib. Dövlət başçısı bu münasibətlərin gələcəkdə inkişaf edəcəyini vurğulayıb: “2014-cü ildə Avropa İttifaqı-Azərbaycan strateji əlaqələrinin gələcək formatı müəyyən edilməlidir”. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə və üzv olmadığı bütün başqa təşkilatlarla səmərəli işgüzar münasibətlər qurmaq istədiyini qeyd edib: “Biz buna nail ola bilmişik. Üzv olmadığımız bütün təşkilatlarla münasibətlərimizin prinsipləri açıqdır, aydındır və beynəlxalq prinsiplərdən kənarda deyil, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq, qarşılıqlı dəstək, anlaşma və hərtərəfli əməkdaşlıq prinsipləridir. Əminəm ki, biz növbəti illərdə Avropa İttifaqı ilə daha da səmərəli formatın yaradılmasına nail olacağıq”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran parlamentinin sədri Azərbaycana gəlib
Siyasət 23:40
İran parlamentinin sədri Azərbaycana gəlib
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Siyasət 18:50
Ər-Riyadda Rusiya-ABŞ danışıqları başa çatıb - Yenilənib
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
Siyasət 18:30
Prezident və xanımının Ağdam səfərindən - Fotolar
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb
Siyasət 17:19
Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb
Prezident Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
Siyasət 15:46
Prezident Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub
Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub
Siyasət 13:11
Prezident Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub
İlham Əliyev və xanımı Ağdamda “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar
Siyasət 12:48
İlham Əliyev və xanımı Ağdamda “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar
İlham Əliyev yenidən MOK-un prezidenti seçilib
Siyasət 12:09
İlham Əliyev yenidən MOK-un prezidenti seçilib
Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Siyasət 22:50
Əli Əsədov İranın Birinci vitse-prezidenti ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol