Prezident Cəlilabadda yol tikintisinə vəsait ayırdı

18:19 | 22.07.2016
Prezident Cəlilabadda yol tikintisinə vəsait ayırdı

Prezident Cəlilabadda yol tikintisinə vəsait ayırdı

Prezident İlham ƏIiyev iyulun 22-də "Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunan qaydada təmin etmək tapşırılıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM