Prezident Cənub Qaz Dəhlizinin açılış mərasimində

10:35 | 29.05.2018
Prezident Cənub Qaz Dəhlizinin açılış mərasimində

Prezident Cənub Qaz Dəhlizinin açılış mərasimində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib.

AzVision.az xəbər verir ki, həmçinin XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisinin də açılışı olub, mərasim sərginin keçirildiyi Bakı Ekspo Mərkəzində canlı yayımlanıb.

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans Anadolu Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM