Problemli kreditlərin həcmi ilə bağlı yeni tarixi REKORD

11:00 | 05.10.2016
Problemli kreditlərin həcmi ilə bağlı yeni tarixi REKORD

Problemli kreditlərin həcmi ilə bağlı yeni tarixi REKORD

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il sentyabrın 1-nə 1 milyard 592,9 milyon manat təşkil edib. Bu, avqustun 1-i ilə müqayisədə 5,9% və yaxud 88,5 milyon manat çoxdur.

Oxu.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bununla da problemli kreditlərin həcmi yeni tarixi rekord müəyyənləşdirib.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,6%, illik müqayisədə isə 19,4% artıb.

Avqustun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət iyulun sonunda 9%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin iyul ayının sonunda isə 6,6% olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti