Putin vahid əməkdaşlıq zonası yaratmağı təklif etdi

16:56 | 26.05.2016
Putin vahid əməkdaşlıq zonası yaratmağı təklif etdi

Putin vahid əməkdaşlıq zonası yaratmağı təklif etdi

Ukraynada baş verən hadisələrdən lazımi nəticələr çıxarılmalı, Atlantikdən Sakit okeana qədər iqtisadi və humanitar əməkdaşlıq zonasının yaradılmasına başlanılmalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın "Katimerini” qəzetində dərc edilmiş məqalədə deyib.

Dövlət başçısının sözlərinə görə, bu proses bərabər və bölünməz təhlükəsizliyə əsaslanmalıdır. Bununla yanaşı, bu yolda mühüm addım Avropa və Asiya inteqrasiya proseslərinin harmoniyası olmalıdır.  

Putin qeyd edib ki, Rusiya Avropa İttifaqı ilə: viza liberallaşmasından enerji alyansının yaradılmasına qədər geniş məsələlər dariəsi üzrə bərabərhüquqlu, əsl tərəfdaş dialoqunun yaradılması mövqeyindən çıxış edir.

"Amma belə qarşılıqlı, səmərəli və perspektivli yol ilə addımlamaq istəyini avropalı həmkarlarımızdan hələlik görmürük”, - o əlavə edib.

Bununla yanaşı Rusiya hesab edir ki, Avropa ilə münasibətlərdə həll edilməyən məsələ yoxdur.

"Çoxplanlı tərəfdaşlıq yoluna dönmək üçün yalnız "bir qapıya oynamaq” kimi məntiqdən əl çəkmək, işdə isə bir-birinin fikir və maraqlarını nəzərə almaq lazımdır”, - Putin vurğulayıb.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb