Putindən işğal olunmuş ərazilərlə bağlı SENSASİYALI TƏKLİF

15:02 | 20.07.2018
Putindən işğal olunmuş ərazilərlə bağlı SENSASİYALI TƏKLİF

Putindən işğal olunmuş ərazilərlə bağlı SENSASİYALI TƏKLİF

Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib.

Anews.az publika.az-a istinadən xəbər verir ki, bu haqda "Blomberg” agentliyi mənbələrə istinadən bildirib.

Agentliyin yazdığına görə, Kremldə hesab edirlər ki, "respublikalar”ın sakinləri öz ərazilərinin statusu haqqında fikrini bildirmək imkanı əldə etməlidirlər. Qeyd edilir ki, Rusiya və ABŞ-ın liderləri bu planı hələ açıq səsləndirməmək barədə razılaşıblar. Məqsəd təklifi daha ətraflı öyrənməkdir.

"RİA-Novosti” agentliyi isə qeyd edir ki, söhbət referendumun beynəlxalq təşkilatların himayəsi altında keçirilməsindən gedir.

Xatırladaq ki, ötən gün Putin Rusiya səfirləri və daimi nümayəndələrlə keçirdiyi müşavirədə Ukraynanın cənub-şərqində vəziyyətin kəskinləşmənin ciddi riskləri haqqında danışıb. Rusiya liderinin sözlərinə görə, səbəb Ukrayna hakimiyyətinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina etməsidir.

Qeyd edək ki, Ukraynada 2014-cü ilin əvvəlində hakimiyyət dəyişikliyindən sonra – aprel ayında Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə Ukrayna Silahlı qüvvələri arasında döyüşlər başlayıb. Nəticədə, Luqansk və Donetsk vilayətlərinin bir hissəsi Kiyevin nəzarətindən çıxıb. Kiyev və Qərb Rusiya qoşunlarının Donbasda, Ukrayna ərazilərinin faktiki Rusiyanın işğalı altında olduğunu bildirir. Moskva isə münaqişə tərəfi olmadığını, problemin Kiyevlə separatçı qurumlar arasında həll edilməli olduğunu bildirir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb