Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı

13:54 | 23.05.2017
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı

Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Ruben Meqrabyan Ermənistan hakimiyyətinin Rusiyayönümlü siyasətini tənqid edərkən deyib.

Onun sözlərinə görə, İrəvandakı hakimiyyət Moskvaya sitayiş edir: "Çünki bu hakimiyyətin qalmasını ruslar təmin edir və bu təminat nə qədər davam edəcəksə, sitayiş də o qədər olacaq”.

Erməni ekspert hakimiyyətin Ermənistana qoyulan Rusiya investisiyaları haqda dediklərini də tənqid edib.

"Halbuki, bunu investisiya adlandırmaq olmaz. Onlar çirkli pulları gətirib burada yuyurlar. Putinin şəxsi aşpazı "Erebuni” hərbi bazasının ərazisində öz firmasını açıb, istədiyi kimi davranır. Budur Rusiya investisiyaları?!”, - deyə o bildirib.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb