Pxenyan Vaşinqtonu suçlayır

17:51 | 28.07.2016
Pxenyan Vaşinqtonu suçlayır

Pxenyan Vaşinqtonu suçlayır

Şimali Koreyanın ABŞ-la münasibətlər üzrə baş rəsmisi Vaşinqtonu gərginlik yaratmaqda ittiham edib. Səbəb Şimali Koreya lideri Kim Jong Un-un sanksiya siyahısına salınmasıdır.

İyulun 28-də "Associated Press” agentliyinə müsahibəsində Han Song Ryol deyib ki, ABŞ-ın son hərəkətləri Koreya yarımadasında durumu müharibə həddinə çatdırıb.

Xarici İşlər Nazirliyinin departamenti rəhbəri olan Han xəbərdarlıq edib ki, gələn aya planlaşdırılan ABŞ-Cənubi Koreya birgə təlimləri ciddi qarşıdurmaya gətirə bilər.

Birləşmiş Ştatlar və Cənubi Koreya vaxtaşırı hərbi təlimlər keçirirlər.

Han-ın sözlərinə görə, Kim-in sanksiya siyahısına salınması son damladır.

İyulun 6-da Vaşinqton Kim-i digər rəsmilərlə birlikdə sanksiya siyahısına salıb, onları məhkəməsiz ölüm, məcburi əmək və işgəncə daxil kobud insan haqlarında suçlayır. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb