Qadın boksçumuz finalda

18:42 | 07.06.2014
Qadın boksçumuz finalda

Qadın boksçumuz finalda

Boksçumuz rumıniyalı Mixaela Kristiana 3:0 hesabı ilə qalib gəlibRumıniyanın paytaxtı Buxarestdə keçirilən boks üzrə qadınlar arasında Avropa çempionatında finalçılar bəlli olub.ANS PRESS-in Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, 69 kq çəki dərəcəsində çıxış edən dünya çempionatının gümüş mükafatçısı Yelena Vıstropova həlledici görüşdə iştirak etmək hüququ qazanıb.Boksçumuz yarımfinalda rumıniyalı Mixaela Kristiana üzərində inamlı qələbə əldə edib - 3:0.Milli komandamızın üzvü qızıl medal uğrunda qarşılaşmada İngiltərə boksçusu Stasi Kopelandla üz-üzə gələcək. Kopeland yarımfinalda irlandiyalı Klare Graceni məğlub edib.75 kq çəki dərəcəsində çıxış edən Leyla Cavadova isə yarımfinalda Almaniya təmsilçisi Sarah Şeuriçlə mübarizədən məğlub ayrılıb. Beləliklə, Cavadova Avropa çempionatının bürünc mükafatına layiq görülüb.Qitə çempionatına bu gün yekun vurulacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti