“Qanun” nəşriyyatından 3 möhtəşəm kitab gəldi

13:25 | 28.10.2014
“Qanun” nəşriyyatından 3 möhtəşəm kitab gəldi

“Qanun” nəşriyyatından 3 möhtəşəm kitab gəldi

JOHN UPDİKE “TERRORÇU”

Damarlarında ərəb və irland qanının qarışığı axan Əhməd Amerika həyat tərzinə niyə alışa bilmir.

On beş il əvvəl müsəlman atası onları atıb getməsəydi, Əhmədin dinə münasibəti indiki kimi olardımı?

On bir yaşından imamı – Şeyx Rəşidi özünə mənəvi ata seçməsəydi, Əhməd cihad yolunu tutardımı?

On səkkiz yaşlı gənci cihada sürükləmək asandır, yoxsa ondan ­çəkindirmək? Terrorçunun dini-imanı olurmu?

Bütün bu sualların cavabı Con Apdaykda, “Terrorçu”da varmı?

Tərcümə: Azər Əhmədov

JEAN-MARİE GUSTAVE LE CLEZİO “SƏHRA”

Səhra və Şəhər. Səhra azad nəfəs alır,  Şəhər – nəm və çirkli kloaka.

Səhrada Göy Adamlar qəbiləsi yaşayır. Onlar azad insanlardır, lakin daim daha yaxşı həyat üçün köçürlər, yəni, köçəri həyat sürürlər. Onlar heç kimə lazım deyillər, öz talelərinə tərk edilmişlər. Xristianlar bu azad insanları barbarlar hesab edir və müstəmləkə tabeçiliyinə salmaq istəyirlər. Burada ingilis və fransız bankirlərin marağı vardır.

Gənc Lalla – Saxara səhrasının mifik döyüşçüləri Göy Adamların nəslindəndir. Mərakeşin şimalında dilənçi bir şəhərcikdən Marselə düşən Lalla ona yad və düşmən bir mühitdə gözlənilmədən məşhurlaşır, ulduza çevrilir, lakin heç tərəddüd etmədən və heyfsilənmədən Avropanı tərk edərək, doğma səhraya qayıdır.

Tərcümə: Sabir Sadıqov

HERMANN HESSE “MUNCUQ OYUNU”

Nobel mükafatı laureatı Herman Hessenin “Muncuq oyunu” romanı planetimizin bütün oxucuları üçün böyük bir kəşf sayıla bilər. Yazıçının bu əsərdə yaratdığı ölkəyə yalnız ən istedadlı alimlər və məqsədyönlü insanlar düşmək iqtidarındadır. Bu məmləkətin bütün institutları insan təfəkkürünün ən mükəmməl yaradıcı məhsullarını vahid bir külliyyata yığan Oyuna tabedir.

Lakin burda da insan ruhu özünə yer tapa bilmir…

Tərcümə: Kifayət Haqverdiyeva

Oxu Zalı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM