“Qarabağ”-“Tvente” oyununa 20.000 bilet satıldı

15:21 | 20.08.2014
“Qarabağ”-“Tvente” oyununa 20.000 bilet satıldı

“Qarabağ”-“Tvente” oyununa 20.000 bilet satıldı

Məlum olduğu kimi sabah Avro Liqanın play-off mərhələsi çərçivəsində “Qarabağ” “Tvente” ilə qarşılaşacaq.“Qafqazinfo”ya “Qarabağ”ın mətbuat xidmətindən verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça artıq 20.000 bilet satılıb. Bu rəqəmlin sabaha qədər daha da artacağı gözlənilir. Komanda isə tam gücü ilə “Tvente” ilə matça hazırlaşır. Zədədən əziyyət çəkən futbolçu Maksim Medvedyevin sabahkı matçda start heyətində olacağı gözlənilir. Digər bir zədəli futbolçu İlqar Qurbanov isə sabahkı oyunda ən yaxşı halda ilk 18-likdə olacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb