“Qarabağ”a usta komanda olduğumuzu göstərməliyik”

10:16 | 31.07.2014
“Qarabağ”a usta komanda olduğumuzu göstərməliyik”

“Qarabağ”a usta komanda olduğumuzu göstərməliyik”

“Zalsburq” klubunun yarımmüdafiəçisi Kevin Kempl Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda məğlub olduqları "Qarabağ"la oyunu (1:2) şərh edib. 
ANN.Az-ın Qol.Az-a istinadən məlumatına görə, sloveniyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında cavab matçında qələbə qazanmaq üçün bütün güclərini qoyacağını bildirib:
"Hər şey təsəvvür etdiyimizdən bir qədər fərqli oldu. Bəli, erkən qoldan bir qədər özümüzü itirdik. İlk hissənin ortalarına qədər yaxşı oynadıq, ancaq bu kifayət etmədi. Fasilədən sonra qollar vurmaq üçün daha yaxşı imkanlarımız oldu. Lakin ani diqqətsizliyimizdən qapımızda ikinci qolu gördük. Xoşbəxtlikdən qarşıda cavab matçı var. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"a doğma meydanda usta komanda olduğumuzu göstərməliyik".
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 6-da, Avstriyada keçiriləcək.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb