Qarabağda döyülən erməni əsgər xəstəxanaya düşdü

17:12 | 18.09.2018
Qarabağda döyülən erməni əsgər xəstəxanaya düşdü

Qarabağda döyülən erməni əsgər xəstəxanaya düşdü

İşğal olunmuş Ağdərə rayonunun ərazisində yerləşdirilən Ermənistan ordusunun bölmələrindən birində nizamnamədən kənar münasibətlər zəminində daha bir insident baş verib.

Axar.az xəbər verir ki, 15-ci bölükdə xidmət edən Tiqran Avetisyan adlı hərbi qulluqçu kiçik komandirin qeyri-qanuni əmrini icra etməkdən imtina etdiyinə görə gecə saatlarında hərbçilər tərəfindən döyülüb.

Təhqirlərə məruz qalaraq vəhşicəsinə döyülən hərbi qulluqçu Avetisyan aldığı xəsarətlər səbəbindən tibb məntəqəsinə yerləşdirilib.

Hadisə ilə bağlı hərbi polisdə cinayət işi açılıb, istintaq aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM