Qarabağda yeni müharibə üçün SƏBƏB

20:44 | 28.05.2018
Qarabağda yeni müharibə üçün SƏBƏB

Qarabağda yeni müharibə üçün SƏBƏB

Amerika analitikləri Dağlıq Qarabağda yeni hərbi əməliyyatları proqnozlaşdırırlar. İsrail Türkiyənin ABŞ-dan "F-35” beşinci nəsil qırıcı-bombardmançıları alması nı əngəlləmək üçün amerikalı səlahiyyətlilərlə müzakirələr aparır. İordaniyanın paytaxtı Əmmanda İran və israilli səlahiyyətlilər arasında gizli görüşün keçirildiyi iddia edilir. Suriyada Rusiya hərbi qulluqçularına hücumun arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülərin dayanması ehtimal edilir. ABŞ və Çin arasında Cənubi Çin dənizində hərbi gərginlik yaranıb.

"Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir”. Bunu bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda çıxışında prezident İlham Əliyev deyib.

"Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət yürüdülür”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı xalqın maraqlarının siyasətin mənbəyi olduğunu və ölkədə qazanılan uğurların əsasında xalq, iqtidar həmrəyliyinin dayandığını, ölkənin beynəlxalq nüfuz və mövqeyinin daha da möhkəmləndirildiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci Erməni dövləti yaradılmasına imkan verilməyəcək: "Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.

"İndi Qarabağ münaqişəsinin həlli prosesi üzrə hər hansı qiymətləndirmələr etmək çətindir. 2016-cı il aprel müharibəsi münaqişənin nizama salınması barəsində böyük qeyri-müəyyənlik yaratdı”. Bunu "Amerikanın Səsi”nin erməni xidmətinə şərhində Amerika analitiki Ceffri Mankoff bildirib.

O hesab edir ki, aprel müharibəsinin gedişi Ermənistanın əvvəlki rəhbərliyinin nüfuzunu xüsusilə ordunun müharibəyə hazırlığı planında yerlə bir etdi. Mankoffun fikrincə, Ermənistanda daxili siyasi problemlərinin dərinləşməsi hərbi toqquşmaların yenilənməsinə gətirib çıxara bilər.

Türkiyənin ABŞ-dan "F-35” beşinci nəsil qırıcı-bombardmançıları alması ehtimalından naharat olan İsrail Türkiyəyə "F-35”-lərin texnoloji səviyyəsini yüksəldəcək texnologiyanın verilməsini əngəlləmək üçün amerikalı səlahiyyətlilərlə müzakirələr aparır. Bu haqda İsrailin "Haaretz” qəzeti yüksək vəzifəli bir israilli səlahiyyətliyə istinadən yazıb.

Onun sözlərinə görə, Yaxin Şərqdə "F-35”-lərə sahib tək ölkə olmaq istəyən İsrail buna görə də Türkiyəyə göndəriləcək qırıcılarla bağlı ABŞ-la yaxın təmas içindədir.

ABŞ Dövlət Departamenti Suriya rejiminin müxaliflərin nəzarətindəki Dera bölgəsinə genişmiqyaslı hücuma hazırlaşdığı barədə bəyanat yayıb. Bəyanatda ABŞ tərəfinin bundan ciddi narahatlıq keçirdiyi və rejimin hücuma keçəcəyi halda konkret tədbirlər görüləcəyi bildirilib.

Məlumatda deyilir ki, dünən hökumət qüvvələrinin gələcək əməliyyatı barədə Dera sakinlərinə təyyarədən broşürlər atılıb.

Qeyd edək ki, Dəra İsrail və İordaniya sərhədinin kəsişməsində yerləşir. Əsədin bu hücum hazırlığına qarşı artıq 3 böyük hərbi koalisiya və 20-yə yaxın müxtəfil hərbi qruplaşmaların birgə "Qurtuluş Ordusu" yaratdığı bildirilir.

İordaniyanın paytaxtı Əmmanda İran və israilli səlahiyyətlilər arasında gizli görüş keçirilib. Bu iddia ilə Səudiyyə Ərəbistanının Londonda dərc olunan "İlaf” qəzeti çıxış edib.

Suriyada Rusiya hərbi qulluqçularına hücumun arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər dayana bilər. Belə versiyaya Rusiyanın Müdafiə Nazirliyində baxılır.

Bəzi məlumatlara görə, hücumdan 2 gün əvvəl Deyr-ez-Zor əyalətinə Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər qrupunu atıblar. Rusiyanın Müdafiə Nazirliyi hazırda sözügedən qrupun hücumda iştirak edib-etmədiyini müəyyənləşdirir.

Xatırladaq ki, mayın 23-də döyüşçülər qrupu Suriya ordusunun artilleriya batareyasına hücum edib. Döyüş bir saata yaxın davam edib. Hücum nəticəsində 4 Rusiya hərbi məsləhətçisi həlak olub, 43 döyüşçünün zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, Rusiya 2015-ci ilin sentyabrından Suriyada hərbi əməliyyatlar keçirir. "Kommersant” nəşrinin hesablamalarına görə, Suriyada indiyə kimi 87 rusiyalı həlak olub. 2017-ci ilin sonunda isə Müdafiə Nazirliyi 41 hərbçinin həlak olduğunu rəsmən açıqlamışdı.

Yaxın Şərqdə gedən son proseslər iki hərbi ağırçəkili oyunçunun – İran və İsrailin addım-addım müharibəyə yaxınlaşdığını göstərir. Belə olan halda, onlardan kimin hərbi cəhətdən daha üstünlüyə malik olması sualı ortaya çıxır. İsrail nüvə arsenalına baxmayaraq, İran dünyada ən effektiv ordulardan biri ilə lovğalana bilər.

"GlobalFirepower.com” saytının topladığı məlumatlara əsasən, ehtiyat qoşunlar da daxil olmaqla, İranın silahlı qüvvələrinin ümumi sayı 934 min nəfər təşkil edir.

ABŞ-ın Suriyanın şimalında PYD/YPG terror təşkilatı ilə quracağı qeyri-qanuni "sərhəd gözətçiləri gücü”nə dəstəyini açıqlayan Səudiyyə Ərəbistanı təşkilata maddi yardım göndərib. Bu haqda Suriya müxalifətinə aid "Baladi-News” portalı bildirib.

Xəbərə görə, PYD "Kuvvatu's-Sanadid” adlı qrupla birlikdə Suriya-İraq sərhədində "sərhəd gözətçiləri gücü” üçün qeydiyyata başlayıb. Qanunsuz hərbi birliyə qatılanların 2 il xidmət edəcəyi və aylıq 200 dollar maaş alacağı bildirilir.

Varşavanın siyasəti Rusiya-Polşa sərhədində qarşıdurma yarada bilər. Bunu Varşavada ABŞ-ın daimi hərbi bazasının yerləşdirilməsi barədə xəbərləri şərh edən Rusiyanın Dövlət Dumasının müdafiə üzrə komitəsinin sədr müavini Yuri Şvıtkin bildirib.

Onun sözlərinə görə, bu addım regionda sabitlik üçün təhlükə yaradır. Parlament üzvü vurğulayıb ki, Rusiya müdafiə potensialının möhkəmləndirilməsi üzrə tədbir görməyə hazırdır.

Daha əvvəl Polşanın Müdafiə Nazirliyinin sənədlərinə istinadən "Politico” nəşri bildirib ki, Varşava Polşa ərazisində ABŞ-ın daimi hərbi bazasının yaradılması üçün iki milyard dollar ödəməyə hazırdır. Hakimiyyətin bu addımı "Polşada ABŞ-ın daimi hərbi diviziyasına olan ehtiyacla” izah edilir.

Amerikanın hərbi gəmiləri Çinin ərazi sularına icazəsiz soxulub. Bu haqda Çinin Müdafiə Nazirliyinin nümayəndəsi U Syan bildirib.

O təsdiq edib ki, "USS Antietam” raketləri ilə təchiz edilən "USS Higgins” esminesi və kreyser Sişa adalarının 12 dəniz mili məsafəsindən keçib. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Pekin cavab olaraq Cənubi Çin dənizi regionuna təyyarədaşıyan gəminin daxil olduğu donanma qrupunu göndərib.
 
//publika.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM