“Qarabağ”ın qapıçısı komandadan ayrılır

20:48 | 29.11.2017
“Qarabağ”ın qapıçısı komandadan ayrılır

“Qarabağ”ın qapıçısı komandadan ayrılır

"Qarabağ” komandasının qapıçısı Anton Kanibolotski mövsümün sonunda klubdan ayrılacaq.

Publika.az xəbər verir ki, futbolçu haqqındakı bu iddialar Ukrayna mətbuatında yer alıb.

İddialara görə, A.Kanibolotskinin bu mövsüm Çempionlar Liqasında forma geyinmədiyinə və ölkə kubokunda, həmçinin, Premyer Liqada nadir hallarda meydana çıxdığına görə klubla arasında narazılıqlar yaranıb.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə məsələ ilə bağlı verdiyi açıqlamada qapıçı ilə bağlı şəxsi narazılığının olmadığını bildirib:

"Kanibolotskinin az şans qazanması limitlə bağlıdı. Mənim Antonla bağlı heç bir narazılığım yoxdur. Ukrayna mətbuatında onunla bağlı nə yazıldığından isə xəbərsizəm”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM