Qarabağla bağlı inanılmaz sirr, Azərbaycan kəşfiyyatı bu yolla Ermənistaı...

20:07 | 24.11.2018
Qarabağla bağlı inanılmaz sirr, Azərbaycan kəşfiyyatı bu yolla Ermənistaı...

Qarabağla bağlı inanılmaz sirr, Azərbaycan kəşfiyyatı bu yolla Ermənistaı...



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus və Türkmənistana səfər edib. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməli olduğunu bildirib. Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib. Fransa prezidenti Emmanuel Makron növbəti səs-küy gətirəcək bəyanatla çıxış edib. İran Avropanı nüvə razılaşmasından çıxmaqla hədələyib. SEPAH-ın hava-kosmik qüvvələrinin komandiri general-mayor Əmirəli Hacızadə ABŞ-ı təhdid edib. Çinin Dünya Ticarət Təşkilatından çıxarılması gündəmə gələ bilər. ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlilin olmadığını bildirib.

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.


Noyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatandan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub. Daha sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub. Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov mətbuata birgə bəyanatla çıxış ediblər.


Noyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.


Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata birgə bəyanatlarla çıxış ediblər.

"Dağlıq Qarabağ zonasında müharibə başlayacaqsa və hərbi hərəkətlər Ermənistan ərazisinə keçməyəcəksə, Rusiya bu prosesə qarışmayacaq”. Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik deyib.


Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycanın erməni terrorçularının əlində olan iki girovu – Dilqəm Əsgərov və Şahbaz Quliyevi qaytarmağı tələb etdiyini etiraf edib. Bu etirafı Paşinyan Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni kəşfiyyatçı Karen Kazaryanın qohumlarının etirazı haqqında danışarkən edib.

Beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur. Bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın erməni əsirliyində saxlanılan iki azərbaycanlı mülki şəxsin qaytarılmasına qarşı çıxmasına münasibət bildirərkən XİN-nin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.
 
"Əgər dekabrın 6-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında yeni baş katib seçilməsə, razılığa görə Ermənistan bu işi davam etdirəcək”. Bu barədə Ermənistanda baş nazir səlahiyyətini icra edən Nikol Paşinyan mətbuat konfransında deyib.


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş verənlər Ermənistanda Nikol Paşinyana qarşı qəzəbə səbəb olub. Siyasi dairələr Ermənistanın KTMT-də uğursuzluğa düçar olmasının Nikol Paşinyanın səhv siyasəti və ağılsızlığından qaynaqlandığını bildirirlər.
"Daşnaksütyun” fraksiyasının rəhbəri Armen Rüstəmyan hesab edir ki, KTMT-də problemlər yaranacaqsa, bu, ilk növbədə Azərbaycanın xeyrinə olacaq.
Erməni şərhçi Aram Amatuni isə yazır ki, əslində erməni siyasi qüvvələr seçkilər öncəsi bu məsələdən Paşinyana qarşı istifadə edirlər.


Rusiya xüsusi xidmət orqanının Cənubi Qafqazla məşğul olan zabiti Dağlıq Qarabağla bağlı müəyyən sirləri açıb. Adının açıqlanmadığı rus kəşfiyyatçı Qarabağda genişmiqyaslı müharibənin olmayacağını qeyd edib.

"Ermənistan rəsmi olaraq Rusiyanın müttəfiqidir. Bizim Gümrüdə hərbi bazamız var, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında birgə təmsil olunuruq. Rusiya müəyyən öhdəliklərini yerinə yetitrməyə məcburdur, bunlardan biri də Ermənistanın təhlükəsizliyidir. Əgər Qarabağda lokal münaqişə bitməyəcəksə və müharibə genişlənəcəksə, Rusiya prosesə müdaxilə etməyə məcbur olacaq. Lakin hesab edirəm ki, Qarabağda genişmiqyaslı müharibə olmayacaq”, - deyə o bildirib.

Rusiya kəşfiyyat zabiti iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qarabağ kartından istifadə etməyə çalışır: "Ərdoğan münaqişənin həllinə çalışır və Vladimir Putini buna inandırmaq istəyir”.

"Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) timsalında öz təhlükəsizliyimizi Rusiyaya etibar etdik. Belarus "Polonez”ləri Azərbaycana sataraq, bizim müttəfiqimiz olmadığını çoxdan göstərmişdi, Qazaxıstan qardaşı olan Azərbaycanın maraqlarını bütün şərtlərdə qoruyur. Bu gün əmin oluruq ki, təhlükəsizliyimizi qoruyanlar Ermənistanın sonunu gətirəcəklər”. Bu barədə erməni şərhçi Samvel Ohanesyan KTMT-də baş verənlərlə bağlı bildirib.

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir. Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın Ankarada Türkiyə və Rusiya arasında gələcək münasibətlərə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq.

İ.Qalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır.

Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".

Rəsmi Bakı və İrəvan xarici işlər nazirlərinin görüşünün keçirilməsinə dair razılıq əldə edərsə, Rusiya bu cür əlaqələri yalnız alqışlaya bilər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşününün dekabr ayının əvvəlində Milanda ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilməsi ilə bağlı təklifini şərh edərkən brifinqdə bildirib.

"Tərəflərin razılığa gələcəkləri təqdirdə, belə görüşün keçirilməsini alqışlayardıq. Amma görüşün keçirilib-keçirilməməsinə dair qərar vermək hər bir dövlətin suveren hüququdur. Görüş keçiriləcəksə və bu, konstruktiv olacaqsa, bunu yalnız alqışlamaq olar", - M.Zaxarova deyib.

"Tramp Administrasiyası seçkidən sonra Ermənistandan əraziləri qaytarmağı tələb edəcək”. Bu barədə Amerika Erməni Milli Komitəsinin (ANCA) rəhbəri Aram Hambaryan deyib.

Onun sözlərinə görə, Vaşinqton Qarabağ məsələsində İrəvana təzyiq etməyə hazırlaşır.

"Con Bolton İrəvanda münaqişənin həlli üçün Ermənistanın mümkün güzəştlər etməsi haqqında danışdı, lakin eyni mövqeni Azərbaycanda sərgiləmədi. Əgər biz Boltonun bu açıqlamasına ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin diplomatik missiyasını başa vuran zaman dediyi "münaqişənin istənilən həll variantı ərazilərin qaytarılması ilə nəticələnəcək” sözləri kontekstində baxsaq, belə görünür ki, Vaşinqton münaqişə tərəflərinə bərabər münasibət göstərmir. Bu, onu deməyə əsas verir ki, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkilərindən bir ay sonra (bu, 2019-cu ilin 9 yanvarından sonrakı dövr deməkdir) ABŞ İrəvandan iki şeyi tələb edəcək: birincisi, İranın təcrid edilməsi siyasətinə aktiv şəkildə qoşulmaq, ikincisi, Ermənistanın əraziləri Azərbaycana qaytarması. ABŞ bunun üçün İrəvana təzyiq göstərəcək”, - deyə o bildirib.


Türkiyəyə səfər edən Rusiya prezidenti Vladimir Putinlə prezident Rəcəb Tayyip Ərdoğan görüşüb. Putinlə Ərdoğan "Türk axını” layihəsinin dəniz hissəsinin tamamlanması mərasimində iştirak ediblər.


"Türkiyəyə "S-400” zenit-raket sisteminlərinə alternativ olaraq nə təklif edə biləcəyimiz mövzusunda Konqreslə müzakirələrimiz davam edir”. Bu haqda Rusiyanın "Sputnik” "Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Erik Pahon bildirib.


Türkiyə ABŞ-dan yaxşı təklif gələcəyi halda "Patriot” sistemlərini almağa hazırdır. Bunu "Rusiya-Türkiyə münasibətləri: gələcəyin təsvirini formalaşdırmaq” konfransında çıxışı zamanı Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın deyib.

"Gələn il S-400-lərin ilk batareyasının tədarükü olacaq. Bundan sonra biz onların birgə istehsalına başlayacağıq. Türkiyə heç vaxt bir təklifə fokuslanmır. Əgər biz ABŞ-dan "Patriot” sistemləri ilə bağlı yaxşı təklif alsaq və onun birgə istehsalıyla bağlı razılaşsaq, o zaman bu sistemləri almağa hazırıq. Türkiyə bu sistemləri özünümüdafiə üçün alır və heç kimə hücum etməyə hazırlaşmır”, – deyə o bildirib.

Türkiyənin ABŞ-dan ekstradisiyasını tələb etdiyi 84 FETÖ üzvünün siyahısı ABŞ Dövlət katibi Mayk Pompeo və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltona verilib. Bu barədə məlumatı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib.

Çavuşoğlu Türkiyənin Qaşıqçı cinayətinin sonuna qədər işıqlandırılması məsələsində israr etdiyini və ABŞ-a da Ankaranın mövqeyinin bu şəkildə çatdırıldığını söyləyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da həmkarı Mayk Pompeo ilə görüşüb. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Çavuşoğlu Rusiyadan alınması nəzərdə tutulan "S-400” zenit-raket kompleksləri ilə bağlı danışıb.

ABŞ-ın PKK terror təşkilatının liderləri Murat Karayılan, Cəmil Bayık və Duran Kalkanın başlarına ümumilikdə 12 milyon dollar mükafat qoyması əslində Türkiyəyə qarşı bir oyun imiş. ABŞ-ın Şimali İraqdakı Süleymaniyyə hava limanı üzərindən PKK-nın əsas qərargahının yerləşdiyi Qəndilə tibbi ləvazimatlar, dərmanlar və silah göndərdiyi ortaya çıxıb.


Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının rəhbərliyinin iştirak etdiyinə dair çox güclü fikir birliyi var, bunu kimsə mübahisə etmir. Bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Qaşıqçı cinayəti barədə hesabatı ilə tanış olan ABŞ Dövlət Departamentinin səlahiyyətlisi "ABC News” telekanalına müsahibəsində deyib.

"Səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətində əmrin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi gün kimi aşkardır”, - o söyləyib.

Səudiyyə Ərəbistanının Kral ailəsinin bəzi üzvləri vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxta çıxmasına mane olmaq niyyətindədir. Bu haqda "Röyters” agentliyinə Kral ailəsinə yaxın üç mənbə bildirib.

Onların sözlərinə görə, Kral ailəsindəki bu parçalanma jurnalist Camal Qaşıqçının qətli ətrafında yaranan qalmaqalla bağlıdır.
Agentlik yazır ki, onlar Kral Salman bin Əbdüləziz əs-Səudun başqa varisinin olmasını istəyirlər.

ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin rəhbərliyi prezidenti Donad Trampdan səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi əmrinin Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanın verib-vermədiyi barədə dəqiq cavab tələb edib. Bu haqda "Politico” nəşri bildirib.
Nəşr dəqiqləşdirir ki, "Maqnitski aktı”na əsasən, prezident insan hüquqlarının dünya liderləri tərəfindən pozulmasına aid olan məsələ barədə suala 120 gün ərzində cavab verməyə məcburdur.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp güman etdiyini bildirib ki, Məhəmməd bin Salman krallığın İstanbuldakı konsulluğunda jurnalist Camal Qaşıqçının qətlə yetirilməsini bilib.

ABŞ-da "vəliəhd üsyanı” hər keçən gün daha da alovlanır. Camal Qaşıqçı cinayətində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana toz qondurmayan ABŞ prezidenti Donald Trampa olan qəzəb pik nöqtədədir. Bu sözləri Türkiyənin "Sabah” qəzetinin yazarı Bercan Tutar bildirib.

Trampın şahzadə qərarında SENSASİYALI DETALLAR: 50 meqaşirkət və Con Kennedi...

ABŞ prezidenti Donald Tramp Camal Qaşıqçı cinayətindən sıyrılması üçün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı 450 milyard 
dollarlıq sərmayəyə razı salmağa çalışır. Bu haqda "Middle East Eye” saytında dərc olunan məqalədə bildirilir.


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Qaşıqçı cinayətində ittiham etmək üçün kifayət qədər dəlil yoxdur. Bu sözləri ABŞ prezidenti Donald Tramp Floridada Mar-a-Lago iqamətgahında jurnalistlərə açıqlamasında deyib.

ABŞ hökuməti İran, Rusiya və Suriyada fəaliyyət göstərən 9 şəxs və şirkətdən ibarət qeyri-qanuni neft şəbəkəsinə sanksiya tətbiq edib. Buna səbəb olaraq 5 nəfər və 4 qurumdan ibarət şəbəkənin Əsəd rejimi, Hizbullah və Həmasa maliyyə dəstəyi verməsi göstərilib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Açıqlamada rəsmi Tehranın Rusiya şirkətləri ilə birlikdə işləyərək Suriya hökumətini neftlə təmin etdiyi bildirilib. Əsəd rejimi isə neftin qarşılığında İran İnqilab Keşikçiləri, Hizbullah və Həmasa milyonlarla dollar transfer edib.


Rusiya yaxın vaxtlarda İsrail və ABŞ-a İran qoşunlarının Suriyadan çıxarılmasına əvəz olaraq, İrana qarşı bəzi sanksiyaların ləğv edilməsini təklif edib. Bu haqda İsrail hökumətinin iclasında iştirak edən mənbələrə istinadən ABŞ-ın "Axios” nəşri yazıb.

Mənbələrə görə, guya bu haqda qapalı iclasda İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

Ancaq Amerika nəşrinin xəbəri Moskva tərəfindən təkzib olunub. Rusiya Xarici İşlər Nazirliyinin başçısının müavini Sergey Ryabkov bildirib ki, bu informasiyanı təsdiq etmir.

Oktyabr ayında isə Rusiya prezidenti Vladimir Putin "Valday” diskusiya klubunun plenar sessiyasında söyləyib ki, İranı Suriyadan getməyə razı salmaq Rusiyanın problem deyil.

Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft ixracını hədəf alıb.
İran neft ixracına davam edəcək və ABŞ-ın iqtisadi müharibəsinə müqavimət göstərəcək. Bunu İran prezidenti Həsən Ruhani Xoy şəhərində etdiyi və dövlət televiziyası ilə canlı yayımlanan çıxışında bildirib.

İran prezidentinin sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyaları Tehrana qarşı aparılan psixoloji müharibənin bir hissəsidir.

"Amerika Yəməndən İraqa qədər bölgədəki uğursuzluqlarına görə bizi günahlandırır. İrana qarşı aparılan psixoloji müharibənin bir parçası olan təzyiqə boyun əyməyəcəyik. Neft ixracımızı dayandıra bilmədilər. Neft ixrac etməyə davam edəcəyik”, - prezident deyib.

İqtisadi ehtiyacları ödənməyəcəyi halda, İran nüvə razlaşmasından çıxacaq. Bu haqda ICANA agentliyinə danışan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Nüvə anlaşmasında qalan Avropa İttifaqı ölkələri və digər ölkələr razılaşma çərçivəsində İranın iqtisadi ehtiyaclarının qarşılanmayacağı halda, razılaşmada qalmayacağımızı bilirlər”, - İranın xarici siyasət idarəsinin başçısı deyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp may ayında Vaşinqtonun nüvə proqramı üzrə İranla razılaşmadan çıxdığını elan edib və İrana qarşı sanksiyaları yeniləyib.

İran İnqilabı Keşikçilər Korpusunun (SEPAH) hava-kosmik qüvvələrinin komandiri general-mayor Əmirəli Hacızadə ABŞ-a təhdid edib. İranlı general ABŞ-ın Əfqanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki bazalarının, həmçinin, Bəsrə Körfəzindəki təyyarədaşıyan gəmilərinin İran raketlərinin uçuş məsafəsində olduğunu açıqlayıb.

"Bizim raketlərin uçuş məsafəsindədirlər və hər hansı hərəkət edərlərsə, onları vura bilərik. Qurudan dənizə raketlərimizin uçuş məsafəsi 700 kilometrdir və ABŞ-ın təyyarədaşıyan gəmiləri hədəfimizdədir”, - Hacızadə deyib.

Qeyd edək ki, ABŞ-ın İran barəsində növbəti sanksiyaları noyabrın 5-də qəbul edilib. Sanksiyalar əsasən, İranın neft ixracını hədəf alıb.

Ancaq İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ötən həftə ABŞ sanksiyalarının neft ixracına böyük təsir göstərməyəcəyini açıqlamışdı.

ABŞ Rusiyanı İrana Suriyadan öz ordularını çıxartması üçün təsir etməyə çağırır. Bunu ABŞ Dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

O, İran qoşunlarının Suriyadan çıxarılması məsələsinin məntiqli addım olduğunu deyib.


ABŞ Konqresinin Nümayəndələr Palatasının məhkəmə komitəsinin sədr postu uğrunda mübarizə qızışır.Komitə demokratlar tərəfindən ABŞ prezidenti Donald Trampın impiçmenti, həmçinin yeni araşdırma dalğasını başlada bilər.


Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə müqavimət göstərmək üçün güclü olmalıdır. Bunu Fransa prezidenti Emmanuel Makron bundestaqda çıxışı zamanı deyib.

"Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın xaosa bürünməsinə mane olmağa borcludur…Məhz buna görə Avropa daha güclü və daha müstəqil olmalıdır", - deyə o bildirib.

Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu oynaya bilməz".
Polşa baş nazirinin "Şimal axını 2” ilə bağlı bəyanatı çox uğursuzdur. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, bu layihə Avropa üçün faydalıdır.

"Bu, uğursuz bəyanatdır. "Şimal axını 2” sərfəli və iqtisadi əsaslandırılmış layihədir. O, iqtisadi baxımdan təkcə tədarükçü üçün yox, həm də Avropada bu qazı alanlar, xüsusilə də Almaniya üçün sərfəlidir”.

Qeyd edək ki, bundan öncə Polşa Baş naziri Mateuş Moravetski Rusiyanın "Şimal axını 2” layihəsini hazır edən kimi Ukraynaya hücum edəcəyini bəyan edib.

Ukraynanın NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyəti Rusiyanın islam terror təşkilatları ilə əlaqəsi haqqında məruzəni təqdim edib. Bu haqda nümayəndə heyətinin sədri İrina Friz iclasın nəticəsinə görə danışıb.

ABŞ-ın San-Fransisko Dairə Məhkəməsi prezident Donald Trampın qeyri-qanuni miqrantlara sığınacaq verilməsinin məhdudlaşdırılması barədə sərəncamını müvəqqəti bloklayıb. Bu məlumatı "Röyter” agentliyi yayıb. Agentlik hələlik sərəncamın dəqiq nə qədər müddət ərzində bloklandığını açıqlamayıb.
Qeyd edək ki, Tramp bundan öncə qeyri-leqal miqrantlara ABŞ-da sığınacaq verilməsini qadağan edib. Tramp bunu Meksikadan gələn miqrant axınının qarşısını almaq üçün atdığını bildirib.

Son günlər dünyanın gündəmində olan mövzulardan biri də Fransa prezidenti Emmanuel Makronun Avropanın vahid ordusunun yaradılması ilə bağlı təklifidir.

Böyük Britaniyadan Fransa Prezidenti Emmanuel Makronun Ümumavropa ordusu yaratmaq ideyasına münasibət bildirilib. Böyük Britaniyanın Müdafiə naziri Gevin Uilyamson Makronun bu təklifi ilə razı olmadığını deyib.

"Avropa Birliyinin NATO ilə rəqabət aparacaq ordu yaratmağa köklənməsi tamamilə axmaq bir ideyadır”, - nazir bildirib.

Avropanın müdafiə sahəsindəki təşəbbüslərini məmnunluqla qarşılayırıq. Bu barədə Ümumavropa ordusunun yaradılması təşəbbüsünə münasibət bildirən NATO Baş katibi Yens Stoltenberq bildirib.

"Bunlar NATO-nun daha güclü olmasına fayda verəcək. Avropanın müdafiə təşəbbüslərinin NATO-ya alternativ və ya NATO-nun təkrarı olmamasının gərəkdiyini açıq bir şəkildə ifadə etdim. NATO Avropanın təhlükəsizliyinin əsası olmağa davam edir”, - Stoltenberq bildirib.

Rusiyanın yeni nüvə doktrinasının hazırlaması ideyası nüvə silahının tətbiqinə hədəflənib və bu məsələdə potensial rəqiblərə dəqiq siqnal göndərir. Belə qənaətə "RİA-Novosti” agentliyinə danışan Amerika ekspertləri gəliblər.

Federasiya Şurası çərşənbə günü Rusiya Təhlükəsizlik Şurasına "Nüvə sahəsində Rusiya siyasətinin əsasları”nın yeni mətninin hazırlanmasını təklif etdilər. Burada Rusiya tərəfindən nüvə silahının tətbiqi, həmçinin hipersonik və strateji qeyri-nüvə silahının başqa növlərinin rəqib tərəfindən tətbiqi zamanı cavab hərəkətləri barədə qərarın qəbul olunması müəyyən olunur.

Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Rusiya və Avrasiya üzrə proqramların direktoru Olqa Oliker hesab edir ki, strategiyanın yeni redaksiyasının hazırlanması təşəbbüsü Rusiya prezidenti Vladimir Putinin bu yaxınlardakı bəyanatları ilə bağlı ola bilər.

NATO rəhbərliyi Moskva ilə razılaşmasına baxmayaraq, alyansın şərqə doğru genişlənməsini davam etdirməklə nəinki SSRİ-ni, həm də bütün dünya ictimaiyyətini aldadıb. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, belə dünya miqyaslı yalana görə məsuliyyəti təkcə NATO rəhbərliyi yox, həm də bir sıra ölkələr və siyasi sistemlər daşıyır.

Ölkədəki problemlərə görə prezident Vladimir Putinin məsuliyyət daşıdığını düşünən rusiyalılar 61 faiz təşkil edir. Bu haqda Rusiyanın "Levada” analitik mərkəzinin keçirdiyi sorğunun nəticələrində deyilir.

Rəyi soruşulanların daha 22 faizi əmindir ki, Putin Rusiyanın bədbəxtliklərində "müəyyən dərəcədə” günahkardır. Göstəricilər tədqiqatların bütün tarixi ərzində maksimuma çatıb.

NATO-nun genişlənməsi beynəlxalq təhlükəsizlik və stabillik sisteminə zərbə vurur. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz heç kimi qorxutmaq istəmirik. İstəyirik ki, beynəlxalq ictimaiyyətin diqqəti bu genişlənməni dəstəkləyən dövlətlərin təhlükəsizlik sisteminə böyük zərbə vurduğuna yönəlsin. Bu məsələ təkcə Rusiyanın təhlükəsizlik məsələsi deyil” – deyə o bildirib.

Kreml rusiyalıları zəbt edilmiş Krımın Ukraynaya qaytarılması imkanına hazırlayır. Bunu Rusiya KİV-ində ritorikanın dəyişikliyi göstərir. Bunu "ObozTV”nin efirində Krım Muxtar Respublikasının baş nazirinin sabiq müavini Andrey Sençenko bildirib.

O qeyd edib ki, "Rossiya 1” telekanalında efirə gedən "60 dəqiqə” reytinq şousu da bunu göstərir.

"Onlar əhalinin reaksiyasını yoxlayırlar. Sanksiyalarla təzyiq o səviyyəyə çatacaq ki, onlar konstruksiyanın tərpəndiyini və dağıntı həddində olduğunu hiss edəcəklər, onda ciddi danışıqlar başlanacaq”, - siyasətçi bildirib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb