Qardaşı ölən şeyx Azərbaycana ova gəldi – FOTOLAR

11:12 | 28.09.2015
Qardaşı ölən şeyx Azərbaycana ova gəldi – FOTOLAR

Qardaşı ölən şeyx Azərbaycana ova gəldi – FOTOLAR

Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Azərbaycana gəlib.

Oxu.Az xəbər verir ki, gənc şahzadə və onun dostları İnstagram profilində Hacıqabul rayonunda çəkilmiş fotoşəkli paylaşıblar.

Görüntülərə əsasən, şeyx dostları ilə birgə Hacıqabul rayonunun Qarasu kəndi ərazisində ov edib, sonra yemək bişirib.

Qeyd edək ki, Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında "Fazza” ləqəbi ilə şeirlər yazır. Gənc oğlanın sərvəti 19 milyard dollara bərabərdir.

Onun böyük qardaşı Rəşid bin Məhəmməd əl-Məktum sentyabrın 19-da dünyasını dəyişib.
 







www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb