"Qəbələ" Azərbaycana xal qazandırdı

13:57 | 29.07.2016

"Qəbələ" Azərbaycana xal qazandırdı

UEFA-nın yeni reytinq siyahısı açıqlanıb. 

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı məlumata  görə, Avropa Liqasının III təsnifat mərhələsinin dünən keçirilən 29 oyunundan sonra  siyahıda növbəti dəyişiklik olub.
 
"Qəbələ”nin Fransada "Lill”lə heç-heçə etməsi (1:1) ölkəmizə 0.125 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 2,125-ə çatıb. 
 
Son 5 mövsümün nəticələrinə görə 15,625 xalı olan Azərbaycan isə 24-cü pillədəki yerini qoruyub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb