Qəbələdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir

20:00 | 03.04.2020
Qəbələdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir

Qəbələdə koronavirusa qarşı mübarizə tədbirləri davam etdirilir

Qəbələ rayonunda koronavirus (COVİD-19) infeksiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir.

APA-nın məlumatına görə, bu gün rayonun Heydər Əliyev parkında, 28 May, Həzi Aslanov və Səməd Vurğun küçələrində,  Bum və Vəndam qəsəbələrində, Yemişanlı, Mıxlıqovaq və Hacıalılı kəndlərində sanitar-dezinfeksiya işləri aparılıb. Hazırda dezinfeksiya işləri davam etdirilir.

Bununla yanaşı, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi qrup üzvləri əhali arasında maarifləndirmə işləri aparır və ehtiyacı olan yaşlı insanlara ərzaq yardımı edilir.

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb