Qədr gecəsi neçə gecədir: 3, 4, yoxsa 6? - Hacı Şahin

13:29 | 08.06.2018
Qədr gecəsi neçə gecədir: 3, 4, yoxsa 6? - Hacı Şahin

Qədr gecəsi neçə gecədir: 3, 4, yoxsa 6? - Hacı Şahin

Qədr gecələrində oyaq qalmaq məsləhət görülür. Oyaq qalmağa isə "Əhya” deyilir. Əhya "dirilik” deməkdir. Yəni diri qalmaq, oyaq qalmaq mənasında işlədilir.

Bu sözləri Qədr (Əhya) gecələrinin mahiyyəti haqqında Kult.az-a danışan ilahiyyatçı Hacı Şahin deyib. O, Qədr (Əhya) gecəsinin 3 gecə nəzərdə tutulmasına rəğmən, bəzən bu sayın 4-ə çatmasına da aydınlıq gətirib:

"Qədr gecəsi Qurani-Kərimin nazil olduğu gündür. Hətta Quranda da, başqa bir ayədə də bu barədə yazılıb. Bu iki məlumatdan belə nəticəyə gəlirik ki, Quran Ramazanda nazil olunub və Qədr gecəsi də bu aya təsadüf edir. Amma Quranın Ramazan ayının hansı gecəsində nazil olması haqqında dəqiq məlumat yoxdur. Hədislərimizdə Qədr gecəsinin Ramazanın 19-cu, 21-ci və 23-cü gecəsinə təsadüf elədiyi qeyd olunur. Bəzən hədislərdə son on günlükdə tək gecələrə, yəni 25, 27 və 29-cu gecəyə təsadüf etdiyi yazılır.

Qədr gecəsində Əhya saxlayırlar, yəni oyaq qalırlar. Qədr gecəsinin nə vaxt olması ilə bağlı dəqiq məlumat olmadığı üçün, 3 gecə Əhya saxlayırlar. Bəzi rəvayətlərdə Əhyanın Ramazanın 27-ci gecəsinə təsadüf etdiyi də deyilir. Ümumiyyətlə, Ramazan ayının axırıncı on gününün tək gecələrində Əhya saxlamaq məsləhətlidir. İyunun 11-i Ramazanın 27-ci günüdür və ehtimal ki, həmin gecə də Əhya gecəsidir. Bu, hər il belə olur”.

İlahiyyatçı Əhya gecələrində insanların başına Quran qoyaraq, dua etməsini savab əməl kimi qiymətləndirib:

"Əhya gecəsində səhərə qədər tövbə edilir, Qurani-Kərimi baş üzərinə qoyaraq, müəyyən dualar edilir. Bu gecə özünü təftiş etmək üçün bir fürsətdir. Bu, ilin ən üstün gecəsidir və mütləq ibadət edərək keçirmək lazımdır. Vacib deyil ki, hamı ərəbcə dualar oxusun. Duaların tərcüməsini bilərək oxumaq da yaxşıdır. İnsanlar istəklərini öz dillərində deyərək, Allahla danışa, bağışlanmaq istəyə bilərlər”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb