QƏFİL SUAL: Qurban Bayramı nə üçün qeyd edilir? - ANN.TV

09:48 | 24.09.2015
QƏFİL SUAL: Qurban Bayramı nə üçün qeyd edilir? - ANN.TV

QƏFİL SUAL: Qurban Bayramı nə üçün qeyd edilir? - ANN.TV

Bu gün islam aləminin ən müqəddəs günlərindn biri - Qurban bayramı qeyd olunur. 

İbrahim peyğəmbərin həyatında baş vermiş önəmli bir hadisədən sonra inanclı insanlara miras qalan bu ənənə artıq neçə yüzillərdir ki, davam edir. Müsəlmanların müqəddəs kitabı "Quran"da da göstərildiyi kimi, Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazırlaşır. Lakin Allah bunu öz elçisinə rəva bilməyərək ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər. 

Bu bayram bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilməsi məsləhətdir.

ANN.TV-nin əməkdaşları "Qəfil sual" rubrikası çərçivəsində "Qurban Bayramı nə üçün qeyd edilir" mövzusunda şəhər sakinləri arasında sorğu keçirib. Maraqlıdır ki, bu təqvimlə bağlı televiziyalarda, qəzetlərdə, internet saytlarına kifayət qədər çox məlumat verilsə də, sualı cavablandıra bilməyən respodentlər də olub.

Sorğunun nəticələri belədir:

Müəllif: Zülfiyyə Səfxanova
Şahpəri Abbasova


 
 
 
 
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb