Qənaət üçün orduya ətsiz yeməklər veriləcək - Qərar

15:55 | 20.11.2013
Qənaət üçün orduya ətsiz yeməklər veriləcək - Qərar

Qənaət üçün orduya ətsiz yeməklər veriləcək - Qərar

Norveç ordusunun rəhbərliyi qənaət üçün həftədə bir dəfə vegeterian gününün keçirilməsini təklif ediblər. 

ANN.Az-ın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, hərbi komandanların fikrincə, bazar ertəsi keçirilməsi nəzərdə tutulan vegeterian günləri ətə qənaət eməyə imkan verəcək, həm də qlobal istiləşməyə səbəb olan parnik qazlarının havaya buraxılmasının qarşısını alacaq. 

Belə təcrübə artıq Norveçin əsas hərbi bazalarından birində həyata keçirilir. Bu təcrübənin ölkə sərhədlərindən kənardakı qoşunlar da daxil olmaqla, bütün hərbi kontingentə tətbiq edilməsi nəzərdə tutulur. 

Mütəxəssislərin hesablamalarına görə, ordunun həftədə bir dəfə ətdən imtina etməsi ildə 150 ton ətə qənaət etməyə imkan verəcək. 

BMT-nin hesablamalarına görə, parnik qazlarının havaya buraxılmasının 18 faizi kənd-təssərüfatının heyvandarlıq sahəsinə düşür. Bu, hətta nəqliyyat sahəsindən də böyük göstəricidir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb