Qəza törədən sürücülər polisə getməyəcək - Yeni qayda

12:23 | 10.06.2014
Qəza törədən sürücülər polisə getməyəcək - Yeni qayda

Qəza törədən sürücülər polisə getməyəcək - Yeni qayda

Azərbaycanda avtomobil qəzaları zamanı sığorta ödənişini almaq üçün Dövlət Yol Polisindən (DYP) arayış almaq lazım olmayacaq. Fins.az xəbər verir ki, bu, "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə SIĞORTA QAYDALARI" layihəsində nəzərdə tutulub. Maliyyə Nazirliyi tərəfindən hazırlanmış sənədin layihəsi icazeler.gov.az saytında yerləşdirilib.

Sənədin " Hadisə ilə bağlı təsdiqedici sənədin tələb olunmaması" bölməsində bildirilir ki, avtomobil qəzası zamanı iki şərt mövcud olduğu halda sığorta şirkəti DYP-dən arayış tələb edə bilməyəcək. Bu hallar hadisənin günahkarının kimliyi ilə bağlı tərəflər arasında mübahisənin olmaması və hadisə nəticəsində sağlamlığa zərər dəyməməsidir. Belə olduqda ödəniş yol polisinin arayışı tələl edidmədən verilməlidir.

Qeyd edək ki, qaydaların hazırda qüvvədə olan variantında hadisə ilə bağlı DYP-dən arayışın tələb edilib-edilməməsi sığorta şirkətinin öhdəsinə buraxılıb.

DYP-dən arayışın gec verilməsi və ya bəzən təhrif edilməsi sığorta ödənişlərinin verilməsində əsas problemlərdən sayılır və müştərilərlə sığorta şirkətləri arasında narazılıqlara səbəb olurdu. Yeni qaydaların tətbiqi isə bu problemi aradan qaldırmalıdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb