Qiyməti 17.500 manat deyildiyi gül buketi ilə bağlı – Açıqlama+Fotolar

13:06 | 10.03.2015
Qiyməti 17.500 manat deyildiyi gül buketi ilə bağlı – Açıqlama+Fotolar

Qiyməti 17.500 manat deyildiyi gül buketi ilə bağlı – Açıqlama+Fotolar

Dünəndən etibarən bir sıra KİV-də, 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bir oğlanın sevdiyi xanıma 17 500 manat dəyərində gül buketini hədiyyə etməsi barədə məlumat dolaşır.

Oxu.Az-ın apardığı qısa bir araşdırmadan sonra həmin gül buketinin Dənizkənarı Bulvar İdarəsinin 8 martla bağlı Azərbaycan qadınlarına hədiyyəsi olduğu məlum olub.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov  bildirib ki, həmin gül buketi 3 000 ədəd süni güldən ibarət olub:

"Bu, Dənizkənarı Bulvar İdarəsinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına hədiyyəsi olub. Gül buketinin uzunluğu 5 metr, hündürlüyü isə 2.5 m yarım təşkil edib”.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini gülün qiymətinə dair açıqlama da verib:

"Yayılan məlumata görə, gül buketinin qiyməti 17 500 manat təşkil edir. Lakin bu, yalandır və şayiədir. Bəlkə də kimsə, hardasa 17 500 manata gül buketi bağlatdırıb, lakin süni güllərdən ibarət olan gül buketinin qiyməti çox ucuzdur. Yayılan məlumat düzgün deyil”.

Nazim Məcidov qeyd edib ki, əhalinin böyük marağına səbəb olan gül buketi hazırda Bulvar ərazisində, Saat Qülləsinin qarşısındadır.

ANN.Az
 



0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM