Qomeş rəsmən "Barselona"da

23:57 | 27.07.2016
Qomeş rəsmən

Qomeş rəsmən "Barselona"da

"Barselona" "Valensiya"lı yarımmüdafiəçi Andre Qomeşin transferini rəsmiləşdirib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 

Portuqaliyalı futbolçunun transferi Kataloniya təmsilçisinə 35 milyon avroya başa gəlib. Bu məbləğin 20 milyonunu öncədən "Valensiya"ya verəcək "Barselona" qalan 15 milyon avronu isə qarşıdakı illərdə ödəyəcək. 

Qeyd edək ki, "Valensiya" Qomeşi 2014-cü ildə 15 milyon avro müqabilində "Benfika"dan transfer edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM