"28 May" metrosundakı problemə həll tapıldı

15:46 | 29.11.2013
"28 May" metrosundakı problemə həll tapıldı

"28 May" metrosundakı problemə həll tapıldı

Bakı Metropolitenini “28 May” stansiyasında aparılan yenidənqurma layihəsi çərçivəsində yerə döşənmiş sürüşkən mərmərlər cəmiyyətdə narazılığa və geniş müzakirələrə səbəb olub. Lent.az xəbər verir ki, noyabrın 28-dən etibarən problemin həllinə başlanılıb. Stansiyanın platformasında döşəmələr hissə-hissə hasarlanıb və sürüşkən örtüyün xüsusi məhlul ilə yandırılmasına başlanılıb.Məhlul tökülən yerlərdən sərnişinlərin keçməsi müvəqqəti qadağan edilib. Stansiyada yenidənqurma işləri ilə məşğul olan fəhlələrdən biri Lent.az-a bildirib ki, məhlulun töküldüyü yerlərdə mərmərin sürüşkənliyi və parlaqlığı xeyli azalır.Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Metropoliteninin rəisi Tağı Əhmədovla açıqlamasında problemin yaxın günlərdə həll olunacağını deyib. O, bildirib ki, sürüşmənin qarşısını almaq üçün döşəməyə vurulan mərmərin üstünə xüsusi məhlul töküləcək:“28 May”da bu cür vəziyyətin yaranmasına görə orada təmir işləri aparan tikinti firması məsuliyyət daşıyır. Sürüşkən yerə məhlul töküləndən sonra hər şey öz qaydasına düşəcək”.Onu da qeyd edək ki, metrostansiyada sərnişinlərin keçdiyi hissələrdə sürüşkən örtük səbəbindən bir neçə nəfər yıxılaraq xəsarət alıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb