"Abşeron" qalereyasında gənc rəssamların vernisajı - FOTOLAR

17:51 | 22.04.2014
"Abşeron" qalereyasında gənc rəssamların vernisajı - FOTOLAR

"Abşeron" qalereyasında gənc rəssamların vernisajı - FOTOLAR

"Rəssamın əlinə ruhun hakim olmadığı yerdə incəsənət də ola bilməz" (Leonardo Da Vinçi)L.QasımovaPaytaxtımızın mədəni həyatını həmişə sərgilər, konsertlər, nümayişlər, xeyriyyə yarmarkaları və hətta hərraclar da bəzəyir.Bu günlərdə İçəri Şəhərdə "Abşeron" art-qalereyasında gənc, amma çox istedadlı rəssamların sərgisi keçirildi.Təşkilatçılar İncəsənət Akademiyasının tələbələri Nərmin Əliyeva və bədii məktəbin tələbəsi Süleyman Hüseynov idi.Bu sərgiyə akademiyanın tələbələrindən başqa bütün arzu edənlər, həm də yaradıcılıqla hobbi kimi məşğul olan bütün azad rəssamlar dəvət edilmişdilər.13 iştirakçı müxtəlif süjetlərdən istifadə edərək öz rəsmlərini təqdim etdilər: Xəzər dənizi, neft platformaları, milli musiqi alətləri, mənzərələr, natürmortlar, bizim çox gözəl Bakımızın mənzərələri. İşlər müxtəlif idi, öz yetkinliyi və bənzərsizliyi ilə diqqəti cəlb edirdi.Bu şəkilləri gənc rəssamlar təqdim edirdilərsə belə, onlarda artıq peşəkarlıq, möhtərəm rəssamın ustalığı hiss olunurdu.Nərmin Əliyeva 3 əl işini təqdim etmişdi: "Qızın portreti", "Tənha gəmi" (bütöv ayın fonunda gecə üzən böyük gəmi), "Uzun gecə". Bütün bu rəsmlər hamısı realistik tərzdə qalın kətan üzərində və yağlı boya ilə çəkilmişdir. Nərminin cəmi 18 yaşı olmasına baxmayaraq, onun rəsmləri böyük ustalığı ilə fərqlənir. Gələcəkdə o, məşhur rəsm ustası olacaq, onda böyük rəssamlıq istedadı var.Fazilə Əsgərova "Səmimi atəş", "Sonuncu tullanış", "Can verən qu quşu" baletlərindən olan səhnələri təsvir etmişdir.  Ağ-qara rənglərdə təsvir edilmiş personajlar emosional və ekspressiv görünürlər.Şahin Zahirov, Səidə Məmmədəlizadə və Nəzrin Nəsimi həmişə aktual olan və rəssamlar tərəfindən tələbatın olduğu mənzərələri təqdim etmişdilər ("Dodaqda Mənzərə", "Daş sahil", "Yaz suları" və başqaları).Çəkdiyi süjetə kitabları, notlar və şamlar daxil edən, Azərbaycan xalq alətləriylə, güllərlə natürmortlar çəkən Rövşən Məmmədov öz çox gözəl parçalarıyla tamaşaçıları sevindirirdi. Bu, kompozisiyaların bitkin obrazını yaradır ("Skripka və qızılgül", "Natürmortla Skripka", "Yaşıl güldan və sarı qızılgül" və "Güllər").Həvəskar-rəssam Elçin Həsənov bir-birindən tamamilə fərqli 4 şəkil təqdim etmişdi: insanların hisləri, onların emosiyalarının, həyəcanlarının əksini tapdığı "Xəyanət", "Yuxu çalarları", "Qadın və gözəl musiqi" və "Narlar" ənənəvi natürmortu.Bizim rəssamlarımızın bir çox sərgilərində olduğumundan, diqqəti ona yönəltdim ki, nar ən sevilən meyvədir. Onu ya başqa meyvələrlə birlikdə, ya da mis qab-qacaq, Azərbaycan xalçaları, musiqi alətləri ilə həmahənglikdə təsvir edirlər.Salvador Dalinin əl işlərinin motivləri əsasında Turan Nəzərovanın rəsmlərini isə mən artıq "Plagiat" sərgisində görmüşdüm, bu, "Dalinin motivləri əsasında" və "Ağ çətirli qadın"dır. Bu əl işləri adamı heyrətləndirir, axı onlarda məşhur rəssamın yaradıcılıq xəyalına rəssamın özünün baxışı olur.Sərginin ən məhsuldar rəssamı isə Rüfət Əliyev idi, o, yağlı boya ilə çəkilmiş 10 rəsm əsərini təqdim etmişdi. Həmin rəsmlərdə "Xəzərdə Gecə" neft platformaları, dəniz mənzərələri, "Neft platforması", "Sahildə ev", meyvələrlə natürmort təsvir edilmişdir.Onun daş üzərində çəkdiyi Bakı, Xəzər, Qız qalası, Qobustan, rəsmləri öz parlaqlığıyla, ustalığı ilə və qeyri-adi tərtibatı ilə təəccübləndirdi.Rüfətin əl işlərinə baxıb, mən şəkillərin spesifik süjetlərinə diqqət yönəltdim - dəniz, mancanaq dəzgahları, dənizdə platformalar.Amma Rüfətlə söhbət zamanı  nə üçün belə məzmunda şəkil çəkməsinə bələd oldum. Məlum oldu ki, o, peşəkar rəssam deyilmiş, mühəndis-neftçi imiş."Mənim heç vaxt rəssamlıq təhsilim olmayıb, amma uşaqlıqdan özümçün rəsm çəkməyi sevirdim. Zaman-zaman rəsmlər çəkirdim. Amma budur, artıq bir ildir rəsm çəkmək, yaradıcılıqla məşğul olmaq, öz əl işlərimi sərgiyə çıxartmaq həvəsim yaranıb. Mən rəssamlığa ciddi yanaşmağa başladım. İndi həftədə 2 dəfə bədii məktəb müəllimindən rəsm dərsləri alıram. Rəsmlərim daha peşəkar, yetişmiş və yaradıcı oldu. Mən rəsmlə məşğul olmağa qərar verdim, çünki anladım ki, bu, mənim həyat yolumdur, bu, mənim yer üzündə mövcudluğumun anlamıdır".Yağlı rənglərlə rəsm çəkilmiş daşlar hamıda olduğu kimi, məndə də maraq oyatdığından, rəssama belə bir sualla müraciət etdim – "Bu, nə daşlardır belə"?"Bu, bir əsrdən çox yaşı olan təbii daşlardır. Mən qeyri-adi formada olan daşlar tapmaq üçün Altıağaca gedirəm. Əgər hamar daşlar tapıramsa, dərhal üzərində beynimə batan bir süjet çəkirəm. Amma əgər daşın səthi hamar deyilsə, onda cilalayıram və yalnız bundan sonra rəsm çəkirəm. Daş üzərində rəsm çəkmək həvəsim isə ondan yaranıb ki, mən bitkilərin iz qoyduğu qədim daşlar tapdım. İndiysə bu, həm əyləncəm, həm də işimdir".Maraqlandım ki, bu incəsənət əsərlərinin qiyməti nə qədərdir və məlum oldu ki, qiymətlər 50-100 manat arasında tərəddüd edir. Amma buna dəyər.Bu, sərgi idi və hər rəsm əsərinin öz qiyməti var idi. Kiçik əl işləri 50 manat dəyərində idi, orta əl işləri 100-200 manat arasında, böyük əl işləri isə 700 manata qədər.Rəssamların və həvəskarların tələbələrinin əl işlərinə baxaraq, mat qalırsan ki, necə də bitkin rəsmlər çəkiblər. Azərbaycanın fəxri olan belə yaradıcı insanların ölkəmizdə çoxluğu xoşdur və tezliklə onlar bizi dünyada məşhur edəcəklər.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb