"Atletiko Madrid"in kapitanından ŞOK Etiraflar

14:13 | 03.10.2014
"Atletiko Madrid"in kapitanından ŞOK Etiraflar

"Atletiko Madrid"in kapitanından ŞOK Etiraflar

İspaniyanın "Atletiko Madrid" futbol klubunun kapitanı Qabi şok etirafları ilə gündəmə gəlib. 

ANN.Az-ın Türkiyə mediyasına istinadən xəbərinə görə, Qabinin İspan məhkəməsində verdiyi açıqlamalar ölkədə zəlzələ effekti yaradıb. "Saraqosa"da futbol oynayarkən "Levante"dən oyun aldıqlarını etiraf edən futbolçu matçla bağlı ona bəzi tapşırıqların verildiyini deyib: "Prezident nə deyibsə, onu eləmişəm".

Qabi futbolda korrupsiyanın təmizlənməsi üçün əlindən gələn köməyi eləməyə hazır olduğunu bildirib. 

İspaniyada korrupsiya və mütəşşəkil cinayətkarlıqla mübarizə məhkəməsi La Liqada 21 may 2011-ci il tarixində oyun alqı-satqısı barədə fakt ələ keçirib. Aralarında klub idarəçilərinin də olduğu 20 nəfər barəsində araşdırmalara başlanılıb. "Levante" ilə qarşılaşamada 2-1 hesabıyla qalib gələn "Saraqosa" liqada qalmış, "Deportivo", "Herkules" və "Almeriya" 2-ci liqaya düşmüşdülər. Bu qarşılaşmada aralarında Qabi Fernandezin də olduğu futbolçuların oyuna çıxmazdan əvvəl mükafat kimi 120 min avro aldıqları bildirilib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM