"Atletiko"nun prezidentindən Kosta transferi ilə bağlı açıqlama

15:30 | 06.05.2014
"Atletiko"nun prezidentindən Kosta transferi ilə bağlı açıqlama

"Atletiko"nun prezidentindən Kosta transferi ilə bağlı açıqlama

"Atletiko"ya Dieqo Kosta üçün heç bir klubdan təklif göndərilməyib".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə Madrid klubunun prezidenti Enrike Sereso açıqlamasında deyib. O bildirib ki, hazırda transferlər haqda danışmaq üçün doğru zaman deyil:

"Kosta "Atletiko"ya gələndə 18 yaşı var idi. Heç kəs onun bu qədər yüksələcəyini düşünmürdü. Qarşıda bizim üçün önəmli matçlar var. Buna görə də transferlər barədə danışmaq istəmirəm. Sadəcə onu deyə bilərəm ki, Kosta da daxil omaqla heç bir futbolçumuz üçün rəsmi təklif almamışıq".

Qeyd edək ki, Kostanın "Çelsi" ilə razılığa gəldiyi iddia edilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb