"Barselona" Sançezi Arda ilə dəyişir

20:00 | 25.04.2014
"Barselona" Sançezi Arda ilə dəyişir

"Barselona" Sançezi Arda ilə dəyişir

Mövsümün sonunda "Barselona"dan gedəcək futbolçuların siyahısı müəyyənləşib.

Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatı 11 futbolçunun mövsümün sonunda Kataloniya təmsilçisindən ayrılacağını yazır.

Həmin futbolçular bunlardır: Viktor Valdez, Pinto, Daniel Alveş, Karles Puyol, Aleks Sonq, Dos Santos, Telyo, İbrahim Afellay, Kuenka, Sesk Fabreqas və Aleksis Sançez.

Daha öncə Andre ter Stegen və Alen Haliloviçi transfer edən "Barselona" Puyolun mövqeyinə "Borussiya" (Dortmund) klubundan Mats Hummelsi almağı planlaşdırır. Daniel Alveşin mövqeyinə isə "Fiorentina"dan Xuan Quillermo Quadradonun transfer ediləcəyi gözlənilir. "Barsa" "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turanın da xidmətində maraqlıdır. Mövsümün sonunda Aleksis Sançezin Arda ilə dəyişdiriləcəyi iddia edilir.

Qeyd edək ki, adı çəkilən futbolçuların transfer edilib-edilməyəcəyi yeni mövsümdə "Barselona"nın baş məşqçisinin kimliyindən asılı olacaq. Belə ki, Xerardo Martinonun mövsümün sonunda komandadan gedəcəyi gözlənilir. Onun yerinə kimin gətiriləcəyi isə hələlik məlum deyil.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM