"Beşiktaş" Kakanı transfer edir

17:26 | 19.04.2014
"Beşiktaş" Kakanı transfer edir

"Beşiktaş" Kakanı transfer edir

"Beşiktaş" klubu mövsümün sonunda heyətini ulduz futbolçu ilə gücləndirmək niyyətindədir.

Qol.Az-ın "eurosport.com"a istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Milan"ın futbolçusu Kakanı transfer etməyə hazırlaşır.

Transfer siyahısında Aaron Hant və Rafael van der Vart kimi futbolçular olan "qara qartal" yaxın günlərdə Kaka ilə danışıqlara başlayacaq. Klub prezidenti Fikrət Orman bu transferə nə qədər vəsait xərclənə biləcəyini gözdən keçirərkən "Beşiktaş"da bəzi rəhbər şəxslərin Kakanın alınmasına qarşı olduğu bildirilir.

Qeyd edək ki, Fatih Terimin "Qalatasaray"ı çalışdırdığı dönəmdə "Cim Bom" braziliyalı futbolçunu transfer etmək istəsə də, müəyyən səbəblərdən bu keçid baş tutmamışdı.

ANNET.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM