"Blatter istefa verməlidir" - Platini

18:32 | 16.10.2014
"Blatter istefa verməlidir" - Platini

"Blatter istefa verməlidir" - Platini

"Yozef Blatter 40 ildir ki, FİFA-da çalışır. Məncə, artıq təşkilatda dəyişiklik edilməlidir. Prezident isə istefaya göndərilməlidir".

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri UEFA prezidenti Mişel Platini deyib.

Platini FİFA prezidenti olmaq istəmədiyini bildirib: "Hazırda FİFA prezidenti olmaq niyyətim yoxdur. Ancaq futbola daha yaxın olmaq istəyirəm. FİFA adətən dünya çempionatlarının təşkilatı məsələləri ilə məşğul olur. UEFA isə mənə hər gün futbol həyatını hiss etmək imkanı verir".

Qeyd edək ki, 1975-ci ildən FİFA-da çalışan Blatter 1998-ci ildən ali futbol qurumunda prezident vəzifəsini icra edir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM