"Borussiya" Levandovskiyə əvəzləyici tapdı

18:41 | 28.04.2014
"Borussiya" Levandovskiyə əvəzləyici tapdı

"Borussiya" Levandovskiyə əvəzləyici tapdı

Robert Levandovskini "Bavariya"ya satan "Borussiya" (Dortmund) klubu polşalı futbolçuya əvəzləyici tapıb.

Qol.Az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi "Arsenal"ın forvardı Lukaş Podolskini transfer etməyi planlaşdırır.

Yaxın günlərdə "Borussiya" klubu "Arsenal"a rəsmi təklif göndərəcək. Son turlarda vurduğu qollarla diqqət çəkən polşa əsilli alman futbolçunun ölkəsinə qayıdıb-qayıtmayacağı hələlik məlum deyil. 28 yaşlı futbolçunun "Arsenal"da qalacağı da istisna olunmur.

Qeyd edək ki, bu mövsüm 17 oyunda meydana çıxan Podolski 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM