"Bu dəfə günah məndə deyildi" - Mourinyo

14:32 | 06.10.2014
"Bu dəfə günah məndə deyildi" - Mourinyo

"Bu dəfə günah məndə deyildi" - Mourinyo

"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Arsenal"la Premyer Liqa matçından sonra rəqibin çalışdırıcısı Arsen Vengerlə aralarında olan mübahisəyə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "The Guardian"a danışan portuqaliyalı mütəxəssis Vengerlə mübahisəsi haqda belə deyib:

"İki texnki zona var. Biri mənim, digəri Venger üçün nəzərdə tutulub. Ancaq Venger göstəriş vermək üçün zonama gəldi. Tim Kehilə qırmızı vərəqə verməsi üçün hakimə təzyiq edirdir. Bu da mənim xoşuma gəlmədi. Futbolda çoxlu səhvə yol vermişəm. Ancaq bu dəfə günah məndə deyildi. Mən öz texniki zonamda dayanaraq, oyunu izləyirdim".

Qeyd edək ki, "Çelsi" - "Arsenal" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.    

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM