"Eurovision-2014"ün bütün finalçıları müəyyənləşdi - FOTOLAR

09:15 | 09.05.2014
"Eurovision-2014"ün bütün finalçıları müəyyənləşdi - FOTOLAR

"Eurovision-2014"ün bütün finalçıları müəyyənləşdi - FOTOLAR

Mayın 9-də “B and V” arenada “Eurovision-2014” mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edən 15 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı baş tutub. Finala vəsiqə qazanmış ölkə təmsilçiləri öz təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüblər. Hər bir təmsilçinin çıxışından sonra onların finalda hansı hissədə çıxış edəcəkləri püşkatma ilə müəyyənləşib. Mayın 10-da keçiriləcək final konsertinin birinci hissəsində 2-ci yarımfinal qaliblərindən Polşa, Rumıniya, Norveç, Yunanıstan, Belarus, Avstriya təmsilçiləri çıxış edəcəklər. Şounun ikinci hissəsində  isə İsveçrə, Sloveniya, Malta və Finlandiya təmsilçiləri yer alacaqlar.//APA
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM