"Hakimlər necə gəldi qərar verirdilər"- Qurban Qurbanov

14:42 | 31.07.2014
"Hakimlər necə gəldi qərar verirdilər"- Qurban Qurbanov

"Hakimlər necə gəldi qərar verirdilər"- Qurban Qurbanov

Bu gün Çempionlar Liqası III təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ"- "Zalsburq" matçından sonra mətbuat konfransı təşkil edilib. 
"Qafqazinfo" xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında komandasının "Zalsburq" üzərində qazandığı 2-1 hesablı qələbəni belə şərh edib: "Birinci hissə ilə müqayisədə ikinci hissədə oyunumuz alınmadı. "Zalsburq" kimi komanda ilə oyunda qazanılan qələbə komandamıza təcrübə qazandırır. Bugünkü matçın azarkeşləri də möhtəşəm idilər. Oyun başa çatanadan sonra da onlar stadionu tərk etmədilər. Hakimlər də bu matçda "Zalsburq"un qələbə qazanacağını gözləyirdi.Ona görə də çaş-baş qalmışdılar. Necə gəldi qərar verirdilər"
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb